355
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
190
illiyi
Mirzə Qədim
İrəvani
1825-1875
2015
Mirzə Qədim İrəvani 1825-ci ildə
qədim İrəvan şəhərində, sənətkar
ailəsində anadan olmuşdur.
Mirzə Qədim şəhərdə yeni açılan
“Üsuli-cədid” məktəbində oxumuşdur.
Sonra atası təhsilini davam etdirmək
məqsədilə onu Tiflisə göndərmiş, gim-
naziya təhsili almışdır. Təhsilini başa
vurduqdan sonra İrəvana dönmüşdür.
O, yaradıcılığının ilk dövrlərində
dekorativ sənət sahəsində çalışmışdır.
Əsasən divar rəsmləri,
bədii tikmələr
üçün rəsm və trafaretlər çəkmiş, qı-
zılgül, zanbaq və digər çiçəklərdən
mürəkkəb kompozisiyalar tərtib etmiş-
dir. Rəssam yaradıcılığının erkən çağ-
larından Avropa boyakarlığına
böyük
maraq göstərmişdir. O, həmin dövrdə
kağız, şüşə və güzgü üzərində bir neçə
portret çəkmişdir. Bu əsərlər arasın-
da “Süvari”, “Rəqqasə”, “Dərviş”
portretləri xüsusilə seçilir.
O, İrəvan sərdarı Hüseynqulu xanın
məşhur sarayının divar rəsmlərini bərpa
etmək dəvəti almış, burada rəssam sa-
rayın otaqlarını, xüsusən güzgülü zalın
divarlarını bəzəyən
köhnə dekorativ
pannoları və süjetli kompozisiyaları
yenidən bərpa etmişdir. Eyni zaman-
da bir neçə tarixi şəxsiyyətlərin portret
təsvirlərini çəkmişdir. Həmin əsərlər ara-
sında tamaşaçıların və mütəxəssislərin
diqqətini ən
çox Fətəli şah Qacar,
şahzadə Abbas Mirzə, sonuncu İrəvan
xanı Hüseynqulu xanın portretləri cəlb
etmişdir. Təəssüf ki, Azərbaycan bədii
sənətinin yüksək səviyyəsini, həmçinin
irəvanlı azərbaycanlılara
məxsus oldu-
ğunu sübut edən Sərdar sarayı məhv
edilib. Təkcə iki portret (Fətəli şah və
Abbas Mirzənin) divardan çıxarılaraq
Tiflisə aparılıb. Hazırda bu əsərlər Gür-
cüstan Dövlət İncəsənət Muzeyində
saxlanılır.
Mirzə Qədim İrəvaninin yaradıcılı-
ğının ən məhsuldar dövrü 1860-1870-
ci illərə təsadüf edib. Rəssamın möv-
cud olan ən qiymətli əsərləri məhz bu
illərdə yaranıb. Onun “Oturmuş qa-
dın”, “Vəcihulla Mirzə”, “Şah Tələt”
(hər üçü Gürcüstan Dövlət İncəsənət
Muzeyində saxlanılır), “Molla”, “Gənc
qadın”, “Fətəli şah”, “Abbas Mirzə”,
“Naməlum qadın” (Azərbaycan Milli
İncəsənət Muzeyi) və s.
başqa portretlər
rəssamın bu dövrdəki yaradıcılıq uğur-
larını əks etdirir.
O, xalq sənətini dərindən bilən,
əsərlərində bu tükənməz sərvətin gözəl
ənənələrindən bacarıqla istifadə edən
mahir ornamentalist rəssam olub.
Əsərlərində - döşəməyə salınmış xalça,
mürəkkəb naxışlı şəbəkə, adamların ge-
yimi və ev əşyasının üzərində çəkdiyi
müxtəlif
biçimli ornament bəzəkləri
bunu bir daha sübut edir. O, təsviri
incəsənətdə yeni bir dövrün əsasını
qoymuşdur.
Mirzə Qədim İrəvani ömrünün və
yaradıcılığının ən coşqun çağlarında,
1875-ci ildə İrəvan şəhərində vəfat et-
mişdir.
Dostları ilə paylaş: