Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə459/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   455   456   457   458   459   460   461   462   ...   484
Ə d ə b i y y a t
Əfəndi, R. Mirzə Qədim 
İrəvani //Əfəndi R. 
Azərbaycan incəsənəti.- 
Bakı, 2007.- S.114-116.
Fərəcov, S. Təsviri 
incəsənətimizin 
ilk realist rəssamı               
/S.Fərəcov                      
//Mədəniyyət.- 2012.- 1 
iyun.- S.15.
Görkəmli Azərbaycan 
rəssamı Mirzə Qədim 
İrəvani: Gənc rəssamın 
yeni fərqli üslubu...         
//Azadlıq .-2012.- 11 
oktyabr.- S.14.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.jurnal.meclis.gov.
az
www.iravan.info
Rəssam


356
Tarzən
Musiqi.Opera.Balet
140  
illiyi
Məşədi Cəmil 
1875 – 1928
 
2015
Məşədi Cəmil Kərbəlayı  Əmiraslan 
oğlu Əmirov 1875-ci ildə Şuşa şəhərində 
anadan olmuşdur. 
İlk təhsilini Şuşa şəhərində yerləşən 
mədrəsədə almışdır. 
Məşədi Cəmil kiçik yaşlarından 
tara çox böyük maraq göstərmişdir. 
Bəstəkar, tarzən Mir Möhsün Nəvvabın 
(1833-1918) musiqi məclislərinin təsiri 
ilə formalaşmış Məşədi Cəmil 1907-ci 
ildə ailəsi ilə birlikdə  Gəncə  şəhərinə 
köçmüşdür.
Məşədi Cəmil Gəncə 
şəhər 
məclislərində  Məşədi Məhəmməd 
Fərzəliyevi, Malıbəyli Həmidi, Musa 
Şuşinskini, Bülbülü və Seyid Şuşinski-
ni tarda müşayiət etmişdir.
1910-cu ildə Riqa şəhərində “Qram-
mofon”  firması  tərəfindən Məşədi 
Cəmil  Əmirov və digər Azərbaycan 
musiqiçilərinin birgə ifa etdikləri xalq 
mahnıları  və muğamları vala köçürül-
müşdür.
Məşədi Cəmil 1911-1912-ci illərdə 
Türkiyənin  İstanbul  şəhərində musiqi 
təhsili almış və orada “Heyratı” muğa-
mını nota köçürərək nəşr etdirmişdir. 
Cəmil Əmirov iki il ard-arda İstanbula 
konsert proqramları ilə  səfər etmişdir.  
Məşədi Cəmil Türkiyədə Azərbaycan 
musiqisinin qızğın təbliğatçısı kimi çı-
xış etmişdir. 
Daim axtarışda olan tarzən 1913-cü 
ildə  İranın Məşhəd  şəhərinə ziyarətə 
gedir və oradan ud və kanonu Gəncəyə 
gətirir, onlarda da ifa etməyə başla-
yır. Məhz bu ziyarətdən sonra Cəmil 
Əmirov musiqi aləmində  Məşədi 
Cəmil  Əmirov kimi tanınır. O, öz ya-
radıcılığında vokal sənətinə  də geniş 
yer vermişdir. Hələ  Şuşada oxumağa 
meyl göstərən sənətkar, artıq Gəncədə 
səhnəyə çıxaraq Rzabəy, Zeyd, Kərəm, 
hətta Məcnun kimi mürəkkəb obrazları 
yaratmışdır.
Azərbaycan musiqi tarixində bir 
bəstəkar kimi də müəyyən xidmətləri 
olmuşdur. O, 1915-ci ildə uzun çalış-
madan sonra “Seyfəl-mülk” operasını 
yazmış və əsəri səhnələşdirmək üçün bir 
çox sənətkarları Gəncəyə dəvət etmişdir. 
Opera Gəncədə iki dəfə oynanıldıqdan 
sonra Tiflisə dəvət almış və 1916-ci il 3 
iyunda Tiflis Kozyanın teatrında (indiki 
Gürcüstan Dövlət Opera və Balet teat-
rı) səhnələşdirilmişdir. 1923-cü ildə isə 
“Namuslu qız” və “Sərkərdənin qılıncı” 
musiqili dramını səhnəyə çıxartmışdır.
1923-cü ildə isə  Məşədi Cəmil 
Gəncədə musiqi məktəbi açmaq üçün 
icazə alır və birinci ildə 39 tələbə mu-
siqi məktəbinə  qəbul edilir. Məşədi 
Cəmilin oğlu Fikrət  Əmirov, Qənbər 
Hüseynli, Telman Hacıyev və başqa bir 
çox Gəncənin görkəmli  şəxsləri məhz 
bu məktəbin yetirmələridirlər.
Məşədi Cəmil Kərbəlayı  Əmiraslan 
oğlu  Əmirov 1928-ci ildə  Gəncədə 
vəfat etmiş  və  Gəncənin Səbiskar 
qəbiristanlığında dəfn olunmuşdur.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   455   456   457   458   459   460   461   462   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin