Teqvim-2015. pdf


Milli ədəbiyyat Ümmülbanu



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə455/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   451   452   453   454   455   456   457   458   ...   484
352
Milli ədəbiyyat
Ümmülbanu
1905-1992 
2015
 Ümmülbanu (bəzi mənbələrdə Ümm-
Əl-Banu) Mirzə  qızı  Əsədullayeva 
(Banin) 1905-ci ilin yanvar ayında 
anadan olmuşdur.  Ümmülbanu neft 
sənayesində milli kapitalın 60 faizinə 
qədərini öz əlində cəmləmiş 12 firmaya 
rəhbərlik edən, XX əsrin əvvəllərində öz 
müəssisələri əsasında səhmdar cəmiyyəti 
yaratmış Şəmsi Əsədullayevin ailəsində 
dünyaya gəlmişdir.
Yasaq və qadağalar illərində Ümmül-
banunu həmyerlimiz kimi tanıya bilmir-
dik. Lakin 80-ci illərin  əvvəllərindən 
ümmumittifaq mətbuatı ilə yaxın-
dan tanışlıq, yazıçı  və  mədəniyyət 
işçilərimizin, alimlərimizin Fransada 
görüşləri Ümmülbanunu bizə tanıt-
dı. Yazıçı Anar 9 yanvar 1985-ci ildə 
“Bakı” qəzetində dərc etdirdiyi “Fransa 
görüşləri” adlı oçerkində fransız yazıçı-
sı, həmyerlimiz, Banin ləqəbi ilə tanı-
nan Umm-El-Əsəddullayeva barəsində 
məlumat vermişdi.
Azərbaycanda 15 il yaşamış Üm-
mülbanu ömrünün qalan illərini Parisdə 
keçirmişdi. Ümmülbanunun bir vaxtlar 
ağlına da gəlməzdi ki, Paris onun bütün 
gözəlliklərinin nəsibi olacaq, hər gün 
Konkord meydanından keçəcək, tez-
tez Luvr muzeyini gəzəcək, uzun çəkən 
müharibə və inqilabdan sonra ömrünün 
ən şirin arzularına qovuşacaq.
Paris həyatı, 20-30-cu illərin Fran-
sa  ədəbi mühiti onun dünyagörüşündə 
əsaslı dönüş yaratmış, onu yeni-yeni 
əsərlər üzərində  işləməyə alışdırmışdı. 
“Nami”dən başlanan yaradıcılıq yolu 
bir-birinin ardınca “Paris günləri”, “Ernst 
Yunkerlə görüş”, “Mən tiryəki seçdim”, 
“Sonra”, “Yad Fransa”, “Son ümidin ça-
ğırışı”, “İvan Buninin son höcəti” və s. 
bədii əsərlərini burada yazmışdır. 
Ümmülbanunun 10 kitabı  və bir 
çox tərcümələri vardır. Tərcümələri 
rus, ingilis və alman yazıçılarının 
əsərlərindəndir.
Azərbaycanda da çap olunan “Qafqaz 
günləri” romanı müəllifin Bakıda keçən 
uşaqlıq və gənclik illərindən, bilavasitə 
gördüyü,  şahidi olduğu hadisələrdən 
bəhs edir. 
Banin Fransada təkcə romanla-
rı ilə deyil, həm də rus, ingilis, al-
man dillərindən gözəl bədii  ədəbiyyat 
tərcüməçisi kimi məşhur idi. Banin Bu-
ninin və Dostoyevskinin yaradıcılığının 
ən yaxşı bilicilərindən biri sayılırdı.
Fransız 
ədəbiyyatına qaynayıb-
qarışmasına baxmayaraq, Banin öz 
xalqını heç vaxt yaddan çıxarmaz-
mış. O, Dağlıq Qarabağda baş verən 
hadisələrdən olduqca dərin həyəcan 
keçirərmiş. Banin Parisdə “Azərbaycan 
evi” assosiasiyasının üzvü idi. O, Fran-
sanın kütləvi informasiya vasitələrində 
mütəmadi olaraq Qarabağ hadisələrində 
öz xalqını müdafiə edən məqalələrlə çı-
xış edərmiş. 
İlk fransızdilli azərbaycanlı yazıçı 
Banin 1992-ci il oktyabr ayının 29-da 
Fransada vəfat etmişdir. 

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   451   452   453   454   455   456   457   458   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin