359
1220
illiyi
Babək
795/798-838
2015
Babək Xürrəmi (Babək əl-Xürrəmi)
təqribən 795-ci ildə, (başqa
məlumata görə
798) Ərdəbil şəhəri (Cənubi Azərbaycan)
yaxınlığındakı Bilalabad kəndində do-
ğulmuşdur. Bəzi tarixi mənbələrə görə,
əsl adı Həsən olmuş, xürrəmilərə qoşul-
duqdan sonra isə atəşpərəstlik təlimində
ən hörmətli adlardan olan “Babək” adını
götürmüşdür.
Cəsarəti, vətənpərvərliyi ilə xürrəmi-
lərin başçısı Cavidan
ibn Səhli cəlb etmiş
Babək onun köməkçisi olmuş, Cavidan
həlak olduqdan sonra xürrəmilərin baş-
çısı seçilmişdir. Xürrəmilərin mərkəzi
Ərdəbildən 145 km şimal-qərbdə
Bəzzeyn dağında
qurulmuş Bəzz şəhər-
qalası olmuşdur.
Tanınmış ərəb sərkərdələri Babəkə
qarşı müharibələrdə ağır məğlubiyyətlərə
düçar olmuş, ərəb ordusunun 6 məşhur
sərkərdəsi Babək tərəfindən məhv edil-
mişdir.
Babək ərəb ordusunun Azərbaycandan
çıxarılmasına nail olmaq məqsədilə 834
- 836-cı illərdə Bizans imperatoru Fefilə
xiləfətə qarşı hərbi
siyasi ittifaq bağlamaq
təklifi göndərir. Babəkin ərəblərə qarşı
Bizans İmperiyası ilə əvvəllər də hərbi
siyasi müqavilələr bağlaması məlumdur.
837-ci ildə imperator ərəblərə qarşı qo-
şun göndərsə də, bu Azərbaycanda
mübarizənin gedişatına əhəmiyyətli təsir
göstərməmişdir. Xürrəmilərin getdikcə
güclənməsindən
qorxuya düşən xəlifə
Mütəsim Bizans İmperisyası ilə sülh
bağlamaq məcburiyyəti qarşısında qa-
lır və xilafətin bütün hərbi qüvvələrini
xürrəmilərə qarşı yönəldir. Xürrəmilərin
şiddətli müqavimətinə baxmayaraq, 837-
ci ilin yayında ərəblər Bəzzə tam yaxınla-
şır və onu mühasirəyə alırlar. Xürrəmilər
inadla vuruşur, lakin qüvvələr nisbəti
bərabər olmadığı üçün 837-ci
il avqustun
27-də Bəzz qalası süquta uğradılır. Babək
xırda dəstə ilə Arrana doğru hərəkət
etməyə başlayır. Lakin əvvəllər onun
müttəfiqi olmuş, artıq ərəblərin tərəfinə
keçmiş alban knyazı, erməni əsilli Səhl
ibn Sumbat tərəfindən xəyanətkarcasına
tutulub ərəblərə verilən Babək
və onun
qardaşı Əbdallah xilafətin mərkəzi
şəhəri və iqamətgahı sayılan Samirəyə
aparılır. 838-ci il martın 14-də xəlifə əl-
Mötəsimin iştirakı ilə Babək və onun
qardaşı əzabla edam olunurlar. Xəlifə
Mütəsim Babəki xüsusi işgəncə ilə edam
etdirir. Buna baxmayaraq, Babəkin başçı-
lığı altında Azərbaycan xalqının ərəb is-
tilasına qarşı apardığı azadlıq mücadiləsi
xilafəti zəiflədir və onun parçalanmasını
sürətləndirir.
Xürrəmilərin Babəkin başçılığı ilə
apardıqları xalq-azadlıq müharibəsi
Azərbaycan
tarixinin ən
şanlı
səhifələrindəndir. İrimiqyaslı və qanlı
müharibədə o zaman dünyanın ən güc-
lü dövlətlərindən olan Ərəb xilafətinə
20 il müqavimət göstərmiş xürrəmilər
təxmini hesablamalara görə düşmənin
200 mindən artıq döyüşçüsünü və on-
larca sərkərdəsini məhv etmişdir.
Müharibə məğlubiyyətlə nəticələnsə də,
Azərbaycanın azad edilməsi üçün zəmin
yaranmışdır. Müharibə zəncirvari
reaksi-
ya əsasında digər regionlarda da üsyanlar
doğurmuş və son nəticədə Ərəb xilafətinin
parçalanmasına səbəb olmuşdur.
Babəkin adı isə Azərbaycan xalqının
istiqlaliyyət uğrunda mübarizə rəmzinə
çevrilmişdir.
Dostları ilə paylaş: