367 Tarixdə bu gün 595 illiyi Şirvanşahlar sarayı 1420-1460 2015 İçərişəhərdə orta əsr memarlığı-
nın şah əsərlərindən biri olan Şirvan
hakimlərinin iqamətgahı - “Şirvanşahlar
Saray Ansamblı” bu günə qədər öz tarixi-
memarlıq üstünlüyünü saxlamaqdadır.
Şamaxıda baş verən zəlzələdən sonra
paytaxt Bakıya köçürüldükdə, şəhərin ən
yüksək nöqtəsində Şirvanşahlar Sarayı
ucaldılır. Sarayın ansamblı 9 tikilidən:
Saray binasından, Divanxanadan, Dərviş
türbəsindən, Şərq darvazasından (por-
tal), saray məscidindən, Key-Qubad
məscidindən, saray türbəsindən, hamam
və ovdandan ibarətdir.
Kompleks binalarının biri digərindən
5,6 metr hündürlükdə yerləşən 3 həyətdən
ibarətdir. Sarayın yerləşdiyi ərazi
mürəkkəb relyefli olduğu üçün, saray
vahid memarlıq planına malik deyildir.
Lakin ən müxtəlif nöqtələrdən baxarkən
onların saray ansamblının tərkib hissələri
olduğu aydın görünür.
Kompleksin bütün tikintiləri əhəng
daşı olan yerli bədamdam daşından inşa
olunmuşdur. Kompleksin bütün tikililəri
arasında ən çox dağılmaya məruz qalan
saray binası olmuşdur.
1500-cü ildə Şirvanşahlarla Səfəvilər
arasındakı döyüş zamanı Fərrux Yassar
öldürüldükdən sonra saray talan olun-
muşdur. Şirvanşahlardan sonra sarayda
kimlərin yaşadığı məlum deyil.
1723-cü ildə I Pyotr qoşunlarının
Bakıya top atəşi açması zamanı sa-
ray məscidinin şimal-şərq fasadı ziyan
çəkmişdir.
Saray binası - Saray ikimərtəbəli
düzgün olmayan düzbucaqlı formaya
malik bir binadır. Sarayı yaxşı işıqlan-
dırmaq üçün binanın cənubi-şərq bu-
cağı girintili-çıxıntılı hazırlanmışdır.
İlk vaxtlar sarayda 52 otaq varmış, on-
lardan 27-si I, 25-ci isə II mərtəbədə
yerləşirmiş. Otaqlar simmetrik şəkildədir.
II mərtəbədə tağ tavanla örtülmüş Şa-
hın özü və ailəsinin otaqları yerləşir. II
mərtəbənin pəncərələri Bakı buxtası-
nın gözəl mənzərəsinə açılır. Onları daş
şəbəkələr daha da gözəlləşdirir. Girişdə
XV əsr Azərbaycan memarlığının bütün
elementlərini özündə cəmləşdirən və heç
bir bəzək elementi olmayan əzəmətli
portal diqqəti cəlb edir. Girişin sağ və sol
tərəfində dərin divar oyuğu vardır.
Divanxana kompleksi yuxarı həyətdə
yerləşir və onun şimal tərəfi ilə bir tini
yaşayış binasına bitişmişdir. Divanxa-
na 8 guşəli rotondadan ibarət olub, 12
tərəfli günbəzlə tamamlanır. O, 8 guşəli
zaldan açıq eyvanla birləşir. Tağların
xarici hissəsində azadlıq rəmzi olan
göyərçin şəkilli daş və 2 ədəd su axarı
üçün daş növ vardır. Belə bir ehtimalı da
təkzib etmək olmaz ki, Şirvanşah Fərrux
Yasər Divanxana kompleksini özü üçün
məqbərə olaraq tikdirmişdir. Lakin tikin-
ti işləri başa çatmamış, yarımçıq qalmış-
dır. Divanxana gözəlliyinə və incəliyinə
görə nəinki Azərbaycanın, həm də Yaxın
Şərqin uyğun memarlıq abidələrənin şah
əsəri sayılır.
Dərviş türbəsi - Xalq arasında “Dərviş