369 Tarixdə bu gün 95 illiyi Azərbaycan Dövlət Neft Akademiyası 1920 2015 1920-ci ildə Avropa və Asiyada neft-qaz
təmayüllü ilk ali texniki təhsil müəssisəsi kimi
fəaliyyətə başlayan ADNA (Azərbaycan Dövlət
Neft Akademiyası) bu illər ərzində dünyanın qa-
baqcıl təhsil mərkəzləri səviyyəsinədək inkişaf
yolu keçmişdir.
1920-ci ildə Bakı Politexnik İnstitutu yaradılmış
və bu təhsil mərkəzi sonralar Azərbaycan Politex-
nik İnstitutu (1923-1930), Azərbaycan Neft İnsti-
tutu (1930-1934), Azərbaycan İndustrial (Sənaye)
İnstitutu (1934-1959), Azərbaycan Neft və Kimya
İnstitutu (1959-1991), Azərbaycan Sənaye Uni-
versiteti (1991-1992) və Azərbaycan Dövlət Neft
Akademiyası (1992-ci ildən) adı altında neft-qaz
və digər sənaye sahələri üçün yüksəkixtisaslı
mühəndis və elmi-pedaqoji kadrları hazırlamışdır.
Neft sənayesi üçün mütəxəssis hazırlığında
əldə etdiyi nailiyyətlərə görə institut 1931-ci ildə
Azərbaycan SSR-in “Qırmızı Əmək Bayrağı Or-
deni” ilə, 1940-cı ildə institut ittifaq hökumətinin
ali mükafatlarından olan “Qırmızı Əmək Bayrağı”
ordeni ilə təltif olunmuşdur.
Ulu öndər Heydər Əliyevin vaxtilə dediyi “İns-
titut öz varlığı ərzində bütün ölkədə ali təhsilin,
xüsusən ali neft təhsilinin inkişafına sanballı
kömək göstərmişdir”, “institutun respublikamız
qarşısında xidmətləri böyükdür”, “institutu bitirən
kadrlar Azərbaycanın mühəndis-texniki və elmi
işçilərinin özəyi olmuşdur” sözləri Azərbaycan
Dövlət Neft Akademiyasının fəaliyyətinə verilən
ən layiqli qiymətdir.
ADNA-nın 1 milyona yaxın kitab fondu olan ki-
tabxanası, informasiya hesablama mərkəzi, tədris
vəsaitləri çap edən nəşriyyatı, 7 korpuslu tələbə
şəhərciyi, 3 tədris korpusu, tələbə poliklinikası və
xəstəxanası, idman kompleksi, Nabranda istirahət
zonası vardır.
Akademiyada “Elmi əsərlər”, “Azərbaycan ali
texniki məktəblərinin xəbərləri” adlı məcmuələr,
“Neft kadrları uğrunda” adlı çoxtirajlı qəzet nəşr
olunur. ADNA-nın məzunlarından 50 nəfərdən
çox Azərbaycan EA-nın həqiqi və müxbir üzvü,
150 nəfərdən çox Sovet İttifaqı və Sosialist Əməyi
Qəhrəmanı, 70 nəfərə yaxın Dövlət mükafatı lau-
reatı fəxri adlarına layiq görülmüşdür.
Xarici ölkələr üçün ali təhsilli mütəxəssis ha-
zırlığına isə ADNA-da 1964-cü ildən başlanmış-
dır. Bununla əlaqədar olaraq Əcnəbi Tələbələrlə
İş üzrə (ƏTİ) dekanlıq yaradılmışdır. ADNA-da
dünyanın bir çox ölkəsi üçün bakalavr, mühəndis,
magistr dərəcəli texniki kadrlar, elmlər namizədi
və elmlər doktoru hazırlanmışdır. 70-ci illərdən
başlayaraq ADNA-nın professor müəllim heyəti
Əlcəzair, Əfqanıstan, Liviya, Qvineya-Bisau,
Kamerun və digər ölkələrdə ali təhsil sisteminin
təşkili və inkişafında fəal iştirak etmişlər. Əlcəzair
və Əfqanıstanda tədris mərkəzləri yaradılmış, ins-
titutlar açılmış və uzun illər professsor-müəllim
heyəti həmin institutlarda fəaliyyət göstərmiş və
indi də göstərirlər.
ADNA həmçinin Avropanın “TEMPUS” proq-
ramının iştirakçısıdır. 1999-cu ildən başlayaraq
ADNA Amerika proqramları əsasında ABŞ-ın
Corciya Dövlət Universiteti ilə birlikdə iki ixtisas
üzrə magistrlər hazırlamağa başlamışdır. İlk dəfə
məzunlara Amerika nümunəli diplomlar verilmiş-
dir.
ADNA-nın əməkdaşlarından bir çoxu qabaqcıl
ölkələrin Elmlər Akademiyasının, fəxri, həqiqi və
müxbir üzvləri seçilmişdir.1993-cü ildən başlaya-
raq azərbaycanlı tələbələr, magistrant və aspirant
kimi ABŞ, Fransa, Türkiyə, İngiltərə, İtaliya, Al-
maniya və Rusiya ali məktəblərində təhsil almış-
lar.
Muxtarova, T. ADNA dünya təhsil sistemi ilə yanaşı addımlayan təhsil ocaqlarımızdandır /T.Muxtarova //İqtisadiyyat .-2011.- 23-29 sentyabr.- S.4.