Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə474/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   470   471   472   473   474   475   476   477   ...   484
Ə d ə b i y y a t
Azərbaycan Tarixi 
Muzeyi: [kitab-albom]         
/AMEA; mətnin müəl. 
və tərt. N.Vəlixanlı; 
tərc. L.Mircəfərova.- 
Bakı: Elm, 2004.-64 s.
Milli Azərbaycan 
Tarixi Muzeyi-2012                 
/təsisçi AMEA, Milli 
Azərbaycan Tarixi 
Muzeyi; red. hey.: 
N.Vəlixanlı (baş red.) 
[və b.].- Bakı: Elm, 
2012.- 335 s. 
Əlizadə, N. Azərbaycan 
Tarixi Muzeyi milli-
mədəni dəyərlərimizin 
qoruyucusu və 
təbliğatçısı kimi 
/N.Əlizadə //Mədəni 
həyat.- 2013.- №4.- 
S.16-18.
İ n t e r n e t d ə 
www.anl.az
www.az.wikipedia.org
www.azhistorymuseum.
az
www.erevangala500.
com


371
Tarixdə bu gün
20 
illiyi
Azərbaycan Mədəniyyətinin Dostları 
Fondu   
1995
2015
Azərbaycan Mədəniyyətinin Dostları Fon-
du - qeyri-hökumət xeyriyyə fondu 1995-ci 
ildə yaradılmışdır. Təşkilatın rəhbəri YUNES-
KO və İSESKO-nun xoşməramlı səfiri, millət 
vəkili Mehriban xanım  Əliyevadır. Fondun 
əsas məqsədi: milli incəsənətimizin inkişafı, 
təbliği, xarici ölkələrdə daha geniş tanınması, 
Azərbaycan xalqının dünya mədəniyyətinə in-
teqrasiyası, yeni beynəlxalq əlaqələrin forma-
laşması  məsələlərinin həyata keçirilməsindən 
ibarətdir. Mehriban xanım  Əliyeva fondun 
işini 3 istiqamətə - mədəni tədbirlər, xeyriyyə 
aksiyaları, naşirlik – yönəltmişdir. 
Fond Azərbaycan görkəmli incəsənət 
xadimlərinin - dahi Rəşid Behbudovun xatirə-
sinə, Müslüm Maqomayevin, Arif Məlikovun, 
Fidan və Xuraman Qasımova bacılarının 
şərəfinə yubiley gecələri təşkil etmiş, tədbirlərlə 
əlaqədar Rəşid Behbudov, Fidan və Xuraman 
Qasımova bacılarının həyat və yaradıcılığına 
həsr olunmuş “Azərbaycan-İrs” jurnalının xü-
susi nömrələri çap olunmuş, Rəşid Behbudo-
vun ifa etdiyi mahnılardan ibarət CD disk bu-
raxılmış, Arif Məlikovun yaradıcılıq gecəsi və 
rəsmlərindən ibarət sərgi təşkil edilmişdir. 
Fondun maliyyə dəstəyi ilə 1900-cü illərin 
əvvəllərində  nəşr olunan “Molla Nəsrəddin” 
məcmuəsinin 1 və 2-ci cildləri yeni, nəfis 
şəkildə çapdan çıxmış,  İncəsənət muzeyi-
nin kataloqu, görkəmli  şair Səməd Vurğunun 
xatirəsinə həsr olunmuş “Ellər Vurğunu”, pro-
fessor Səadət Abdullayevanın “Azərbaycan 
xalq musiqi alətləri” kitabları (Azərbaycan və 
rus dillərində), professor Əhməd  İsazadənin 
“Azərbaycan xalq musiqisinin antologiyası” ki-
tabının I-VII cildləri, Azərbaycanın dahi şair və 
mütəfəkkirləri – Nizami Gəncəvi, Məhəmməd 
Füzuli, Molla Pənah Vaqif, İmadəddin 
Nəsimi, Mirzə  Ələkbər Sabir və başqalarının 
əsərlərindən ibarət toplular, akademik Çingiz 
Qacarın “Qədim Şuşa” kitabı nəşr edilmişdir. 
Fəaliyyət dövrü ərzində Fondun 
Azərbaycanda təşkil etdiyi xarici ölkə incəsənət 
xadimlərinin konsertləri, teatr tamaşaları, 
təqdimat mərasimləri, sərgilər, festivallar, 
mədəniyyət günləri və s. tədbirlər beynəlxalq 
miqyaslı hadisələr olmuşdur. Dünya şöhrətli 
incəsənət xadimlərinin - həmyerlilərimiz ma-
estro Mstislav Rostropoviç, ABŞ-ın Culyard 
Musiqi Akademiyasının professoru pianoçu 
Bella Davidoviç, Belfast simfonik orkestrinin 
Baş dirijoru, violinoçu Dmitri Sitkovetskinin, 
“Most-Vivaldi” kamera orkestrinin, Nadejda 
Pavlova və Vyaçeslav Qordeyev kimi balet 
ulduzlarının,  İqor Moiseyevin rəhbərlik etdi-
yi Rus Dövlət rəqs ansamblının Bakıdakı  çı-
xışları bu qəbildəndir. Bu istiqamətdə  təşkil 
olunan tədbirlər arasında “Musiqinin Böyük 
İpək Yolu” Beynəlxalq Klassik Musiqi festiva-
lı  və SEBA (Seul-Bakı) Azərbaycan -Koreya 
Mədəniyyət Mübadiləsi Assosiasiyası ilə birgə 
keçirilən Koreya Mədəniyyəti Günləri xüsusi 
qeyd olunmalıdır. 
Azərbaycan muğamını dünya miqyasında 
təbliğ etmək və eyni zamanda, yaymaq, həmçinin 
bu ulu sənəti yaşadan musiqiçi və müğənnilərə 


2015
qayğı göstərmək Fondun qarşısında duran 
mühüm işlərdəndir. Bu istiqamətdə atılan ad-
dımlar arasında “Bakı Muğam Mərkəzi”nin 
yaradılması, nəfis,  əhatəli, rəngarəng  şəkildə 
tərtib edilmiş “Qarabağ xanəndələri” musiqi-
li albomun buraxılması və onun dünyanın bir 
çox mötəbər incəsənət mərkəzlərində yayıl-
ması, 2005 və 2007-ci il Respublika muğam 
müsabiqələrinin keçirilməsi diqqətəlayiqdir. 
Azərbaycan Mədəniyyətinin Dostları 
xeyriyyə fondunun təşəbbüsü ilə xüsusi aylıq 
təqaüd təsis olunmuşdur ki, müğənnilər, te-
atr xadimləri, rəssamlar, muğam ifaçıları bu 
təqaüdlə  təmin edilir. Azərbaycan muğamını 
beynəlxalq miqyasda daha geniş təbliğ etmək 
məqsədi ilə Fond görkəmli muğam ifaçıları-
nın, alimlərin, muğam ilə caz sənətinin sin-
tezini yaradan musiqiçilərin xarici səfərlərini 
də təşkil etmişdir. Dünya şöhrətli muğam ifa-
çısı Alim Qasımovun Yaponiyanın Naqoya 
şəhərində EXPO-2005 sərgisindəki çıxışı, mu-
siqişünas Sənubər Bağırovanın ABŞ-ın Mas-
saçuset Universitetində elmi məruzələri, caz 
sənətinin mahir ifaçıları Salman Qəmbərov və 
Cəmil  Əmirovun ABŞ-ın Çikaqo şəhərindəki 
konsertləri bu qəbildəndir. 
AMDF daha bir neçə böyük layihənin 
təşkilatçısıdır. Bunlar arasında “Bakı payı-
zı” Beynəlxalq festivalı, IX Şərq-Qərb Bakı 
beynəlxalq kino festivalı, “Reklam acgözləri 
gecəsi” - beynəlxalq reklam filmlərinin nüma-
yişi, 2007-ci ildə artıq üçüncü dəfə keçirilən 
Beynəlxalq Bakı Caz Festivalı ənənəyə çevril-
mişdir. 
AMDF keçirdiyi mədəni tədbirlərin, təşkil 
etdiyi xeyriyyə aksiyalarının miqyasına, 
yüksək səviyyəsinə görə təkcə vətənimizdə de-
yil, dünyanın bir çox ölkəsində böyük diqqətə 
və qiymətə layiq görülmüş, beynəlxalq aləmdə 
nüfuz qazanmışdır.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   470   471   472   473   474   475   476   477   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin