Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə471/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   467   468   469   470   471   472   473   474   ...   484
Ə d ə b i y y a t
Mirzəliyev, C. “Bakı 
üzüyü”nün qaşında 
gövhər, dünyanın 
incisi - İçərişəhər 
/C.Mirzəliyev; elmi 
red. C.Qiyasi.-Bаkı: 
Azərbaycan,2005.-    
128 s. 
Cabbarov, M. “Şirvan-
şahlar sarayına gələnlər 
şah sarayının ab-
havasını hiss edəcək” 
/M.Cabbarov //Palitra.- 
2012.- 24 fevral.- S.15.
İsayeva, R. Şirvanşah-
lar sarayı - Bakının 
möhtəşəm memarlıq 
nümunəsi /R.İsayeva     
//Mədəniyyət.- 2012.- 18 
aprel.- S.15.
Rzayeva, R. Şirvan-
şahlar Sarayı - dünya 
əhəmiyyətli memarlıq 
incisi /R.Rzayeva //Yeni 
Azərbaycan.- 2010.- 12 
iyun.- S.11.
Тагиев, И. Дворец 
Ширваншахов или 
Ханака С.Я.Бакуви 
/И.Тагиев.- Баку: Çaşı-
oğlu, 2003.- 96 с.  
İ n t e r n e t d ə
www.anl.az
az.wikipedia.org
www.icherisheher.gov.az
www.avciya.az


türbəsi” adı ilə  məşhur olan və  həyətin cənub 
hissəsində yerləşən türbə orta həyətdə  mərkəzi 
yer tutur. Bəzi mütəxəssislər bu türbənin yanlış-
lıqla Seyid Yəhya Bakuviyə aid olduğunu iddia 
edirlər. Türbə Keyqubad məscidi bünövrəsi olan 
kompleksdədir. Onu qeyd etmək lazımdır ki, türbə 
üzərində onun kimə aid olduğunu bildirən kitabə 
və türbənin içərisində məzar daşı olmamışdır. Ki-
çik həcmli 8 bucaqlı türbə yüksək sənətkarlıqla 
işlənmişdir. Yaraşıqlı görünməsi üçün gümbəzin 
piramidaya oxşar səthləri az qabarıq verilmişdir. 
Türbənin hündürlüyü 7,5 metrdir. Türbə yeraltı 
və yerüstü hissədən ibarətdir. Divarların hörgü-
sü tünd və açıq daşlardan tikildiyindən onların 
təkrarlanması  səthlərin rəngli görünməsinə  səbəb 
olmuşdur. Türbənin daşdan yonulmuş şəbəkələrlə 
bəzəkli üç pəncərəsi vardır.
Keyqubad məscidi Dərviş türbəsi yanında 
ona bitişik bir məscid-mədrəsə binası olmuşdur. 
Türbə məscidin cənub hissəsində yerləşir. Məscid 
düzbucaqlı ibadət zalından və onun önündəki ki-
çik dəhlizdən ibarətdir. Vaxtilə zalın mərkəzində 
gümbəzi saxlayan 4 sütun var imiş. Məsciddə Ba-
kuvinin tədris və ibadət etməsi barədə A.Bakıxanov 
yazır: “Onun ibadət etdiyi hücrə, işlədiyi məktəb 
və qəbri orada – məsciddədir”.
Şərq darvazası portalı - Kompleksin XVI əsrə 
aid olan yeganə tikilisi “Murad” darvazasıdır. Mu-
rad darvazası portalının yuxarı çərçivəsində olan 2 
medalyon arasında aşağıdakılar yazılıb: “Bu bina 
Ulu Rəcəb Bakuvinin 994-cü ildə (1585-86) sifa-
rişi əsasında böyük və ədalətli Sultan III Muradın 
dövründə tikdirilib”.
Şirvanşahlar türbəsi -Aşağı  həyətin  ərazisində 
kompleksin 2 tikilisi, türbə və saray məscidi yerləşir. 
Aşağı həyəti digərindən iri dairəvi qapalı divarlar 
ayırır. Türbəyə yuxarıdan baxdıqda kəsmə ulduzla 
bəzədilmiş  və 6 bucaqlı gümbəzlə tamamlanmış 
düzbucaqlı olduğu görünür. Türbənin girişində 
dəhliz vardır və o, 8 bucaqlı gümbəzlə örtülmüş-
dür. Onun sağ və solunda xidmət üçün 2 yardımçı 
otaq vardır. Türbədə Şirvanşahlar ailəsinin üzvləri 
də  dəfn edilmişdir. Qazıntılar zamanı sökülmüş 
döşəmənin altından daş lövhələr tapılmışdır. Bu 
daş lövhələrdən 7 ədəd qəbrin örtüyü olduğu 
məlum olmuşdur, yalnız 5 qəbrdə sümük qalıqları 
tapılmışdır, 2 qəbrdə sümüklər yox idi.
Saray məscidi -Aşağı  həyətdə türbə ilə yana-
şı saray məscidi yerləşir. Məscidin hündürlüyü 
22 metrdir. Minarəni  əhatə edən yazıdan məlum 
odur: “bu minarənin ucalmasını böyük sultan I 
Xəlilullah  əmr etmişdir. Allah onun şahlığını  və 
hakimiyyət illərini böyütsün 845-ci il” (1441-42 
illər). Məscidə girməzdən  əvvəl yuyunmaq və 
dəstəmaz almaq üçün həyətin şimal tərəfində, hün-
dür meydançada quyu və kiçik hovuz vardır.  Onun 
giriş portalı  bəzəksizdir, lakin minarə  zərifliyi və 
gözəlliyi ilə diqqəti cəlb edir. Onun eyvanını sax-
layan stalaktitlər və aşağıda yerləşən yazı kəməri 
yüksək sənətkarlıqla işlənmişdir. Minarə dilimli 
gümbəzlə tamamlanır.
Saray hamamı -Kompleksin ən aşağı həyətində 
saray hamamı yerləşir. İçərişəhərin bütün hamam-
ları kimi bu hamam da temperatur rejimini sabit 
saxlamaq üçün yer altında tikilib. Vaxt keçdikcə 
torpaq qatının qalınlığı artaraq onu tamam örtmüş-
dür. Hamam 1939-cu ildə təsadüfən aşkar olunmuş, 
1953-cü ildə bir hissəsi təmizlənmiş, 1961-ci ildə 
konservasiya edilmişdir. Hamamın indiyə  qədər 
qalmış divarlarına görə demək olar ki, onun otaq-
larının üstü gümbəzlə örtülmüşdü. Gümbəzdə olan 
deşiklərdən hamamın içərisinə işıq düşürmüş. Ha-
mamın sol hissəsi bərpa olunmuş, sağ hissə isə öz 
əvvəlki formasını daha çox saxlamışdır. Hamama 
daxil olan su, divar yaxınlığında olan ovdandan (su 
anbarından) qazanxanaya axır, oradan isə tikilmiş 
xüsusi yollar vasitəsi ilə otaqlara paylanırdı. Ha-
mamda soyunmaq üçün, tək adamın çimməsi üçün 
“xəlvəti” adlanan otaqlar da vardır. Divarda otaq-
lara çəkilmiş borunun ucu tağın içindən görünür. 
Hamamın sağ küncündə üstü günbəzli bir böyük 
və iki kiçik otaq vardır. Kaşı üzlüyə malik bu otaq-
ların çəxsən şaha məxsus olduğu ehtimal olunur.
1964-cü ildən qoruq-abidə elan olunan sa-
ray 1997-ci ildən UNESCO tərəfindən qorunan 
abidələr siyahısına daxil edilib.
2000-ci ildə YUNESKO tərəfindən  İçərişəhər 
və Qız qalası ilə birlikdə Ümumdünya mədəni irsi 
siyahısına daxil edilmişdir.



Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   467   468   469   470   471   472   473   474   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin