Ə d ə b i y y a t
Kitabi-Dədə Qorqud:
əsl və sadələşdirilmiş
mətnlər.-Bakı:Öndər
nəşriyyatı.- 2004.-376 s.
Kitabi Dədəm Qorqud: əla
lisani-taifeyi-oğuzan /tərt.
ed., çapa hazırl., ön söz.
və lüğətin müəl. S.Əlizadə;
“Kitabi-Dədə Qorqud”
Dastanının 1300 illiyi
Üzrə Dövlət Komissiyası.-
Bakı: Yeni Nəşrlər Evi,
1999.-704 s.
Kitabi-Dədə Qorqud
ensiklopediyası: 2 cilddə
Drezden və Vatikan
əlyazma nüsxələri və
M.Erginin nəşri əsasında
/tərt. ed., çapa haz.
S.Əlizadə; red.şurası:
Anar (sədr), A.Axundov,
B.Vahabzadə, B.Nəbiyev
[və b.]; AMEA; Azərb. Ya-
zıçılar Birliyi; TÜRKSOY;
Azərb. Resp. “Kitabi-
Dədə Qorqud” dastanının
1300 illiyi üzrə Dövlət
Komissiyası; layih. rəhb.:
O.Ələkbərli, T.Həsənov.-
Bakı: Yeni Nəşrlər Evi,
2000.- C.I.-623 s.; C.II.-
567 s.
Nəbiyeva, A. “Kitabi-Dədə
Qorqud”un nəşr və tədqiqi
tarixindən /A.Nəbiyeva
//Kredo.- 2014.- 23 av-
qust.- S.10-12.
ifadələrdən məharətlə istifadə olunmuşdur. “Kitabi-
Dədə Qorqud” Azərbaycan türkcəsinin tarixini
öyrənmək baxımından zəngin mənbədir.
Müasir dövrdə “Kitabi-Dədə Qorqud” dastanının
öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği ümum-
milli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli
lider Heydər Əliyev 1997-ci il aprelin 20-də “Kitabi-
Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi
ilə əlaqədar Fərman imzalamışdır. Bu fərmandan
sonra görülən bir sıra dövlət tədbirləri, yubiley ha-
zırlıqları sistemə salındı və “Dədə Qorqud kitabı”nın
öyrənilməsində bir canlanma yaratdı. Ulu öndər rəsmi
sənədlərdə, yığıncaqlardakı çıxışlarında, habelə verdiyi
müsahibələrində dönə-dönə Dədə Qorqud mövzularına
qayıdaraq, dastanın tarixi, mədəni dəyərindən danış-
mış, onu ədəbiyyatımızın ən dəyərli abidələrindən biri
kimi qiymətləndirmişdir. 1300 illik yubiley üzrə Dövlət
Komissiyasının iclaslarında H.Əliyev alimlər, yaradıcı
ziyalılar, eləcə də dövlət qurumları qarşısında məsələlər
qaldırmış, yeni elmi, bədii, təsviri sənət əsərləri yaradıl-
masını tövsiyə etmiş, kino, televiziya, radio və mətbuat
işçiləri üçün perspektiv tapşırıqlar vermiş, Dədə Qor-
qud dastanı ilə bağlı park kompleksinin hazırlanması-
nı gündəliyə gətirmişdi. Ulu öndər bu məsələni xüsusi
vurğulayırdı ki, dastanın öyrənilməsi yubileylə dayan-
mayıb, fasiləsiz davam etsin.
“Dədə Qorqud” dastanının 1300 illik tarixi-
nin o dastanın öz mətnindən çıxan məntiqi vardır.
1300 il “Peyğəmbərimizin zamanına yaxın - “Rəsul-
əleyhissəlam dövrünə yaxın Bayat boyundan Qorqud
Ata deyilən bir ər qopdu” cümləsindən çıxmışdı. Ulu
öndər bu cümlənin məntiqindən çıxış edərək bu yaşı
müəyyən etmişdi. Onun ən böyük arzusu həm də o idi
ki, biz bu dastanın əlyazmasının dünyaya təqdimedilmə
tarixini unutmamalıyıq və o tarixi gözləməliyik. Bu,
1815-ci ildir. Böyük alman filoloqu Fridrix fon Dits
ilk dəfə olaraq dünyaya “Dədə Qorqud” dastanının
əlyazmasının bir hekayətini tərcümə edərək təqdim
etdi. Gözəl, rəğbət dolu, məhəbbət dolu bir “Ön söz”lə
təqdim etdi. Bu dastanı qədim, dünyaya yaxşı tanış olan
yunan mifləri ilə müqayisə etdi. 1815-ci il və 2015-ci
il. 2015-ci ildə “Kitabi-Dədə Qorqud”un dünya elm
aləminə tanıdılmasının 200 illiyi tamam olur. 200 il
kifayət qədər yuvarlaq rəqəmdir ki, bu yenə də dün-
yanın mədəni mərkəzlərindən biri olan Azərbaycanın
filoloji, mədəni bir bayramına çeviriləcək. İndi bü-
tün qorqudşünaslar, filoloqlar xarici ölkələrdən də bu
rəqəmin ətrafına yığışıb “Dədə Qorqud”u və dünya
mədəniyyətinin bir çox nümunələrini tədqiq etməyə,
qeyd etməyə hazırlaşırlar.
2000-ci ildə Bakıda dastanın 1300 illik yubileyi
təntənəli şəkildə keçirilmişdir. Bütün türkdilli ölkələrin
dövlət başçılarının, UNESCO-nun baş direktorunun iş-
tirakı ilə böyük təntənəli mərasim keçirilmişdir. “Dədə
Qorqud” ensiklopediyası nəşr olunmuşdur. Ümummilli
lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı Fərmana
əsasən Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və
“Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksi-
nin yaradılması qərara alınmışdır. Bu tarixi abidənin
qorunmasına dövlət səviyyəsində göstərilən diqqətin
nəticəsidir ki, Prezident İlham Əliyev 2004-cü ildə
Brüsseldə Dədə Qorqud abidəsinin təntənəli açılışında
iştirak etmişdir. Dövlətimizin başçısının 2007-ci ildə im-
zaladığı “Azərbaycandakı monumental heykəltəraşlıq
abidələri, xatirə-memorial və memarlıq kompleksləri
haqqında” Sərəncama əsasən, Dədə Qorqud heykəli və
“Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksi-
nin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi
haqqında tapşırıq verilmişdir. Geniş tikinti və abad-
lıq işləri nəticəsində Bakının Nərimanov rayonunda 6
hektar ərazidə Dədə Qorqud parkı salınmışdır. Parkın
mərkəzində “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılmış-
dır.
Ötən dövr ərzində abidənin tədqiqi istiqamətində
çoxsaylı elmi araşdırmalar aparılmış, eposu təşkil edən
boyların süjet və motivləri əsasında ədəbi əsərlər ya-
zılmış, təsviri sənət nümunələri meydana gətirilmişdir.
Hələ 1975-ci ildə Heydər Əliyevin tapşırığına əsasən,
Azərbaycanda tanınmış sənət xadimlərinin iştirakı
ilə “Dədə Qorqud” boylarına həsr olunan ikiseriya-
lı bədii film çəkilmişdir. Ondan sonra, müstəqillik
dövründə - 1993-2003-cü illərdə artıq bu dastanı dünya
ictimaiyyətinə çatdırmaq üçün çox böyük işlər görül-
müşdür. “Dədə Qorqud” dastanlarının azərbaycançılıq
məfkurəsi baxımından müstəsna əhəmiyyətini, gənc
nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında
əvəzsiz rolunu nəzərə alaraq Azərbaycan Respublika-
sı Prezidenti 28 dekabr 2013-cü ildə “Dədə Qorqud”
dastanları əsasında çoxseriyalı bədii televiziya filminin
çəkilməsi haqqında Sərəncamı vermişdir.
Bütün bunlar bir daha onu göstərir ki, Dədə Qorqud
Azərbaycan xalqının qəlbində daim yaşayırdı, yaşayır
və yaşayacaqdır. “Kitabi-Dədə Qorqud” dastanı, eyni
zamanda, bütün Türk dünyasını daha da sıx birləşdirir.
|