364
Geologiya.Coğrafiya
235
illiyi
Hacı Zeynalabdin Şirvani
1780-1838
2015
Hacı Zeynalabdin ibn Axund İskəndər
Şirvani 1780-ci ildə Şamaxı şəhərində
anadan olmuşdur.
Onun beş yaşı tamam
olanda ailəsi
Bağdad yaxınlığındakı Kərbəla şəhərinə
köçmüşdür. Zeynalabdin də ilk təhsilini
burada mədrəsədə almışdır. 1796-cı ildə
o, təhsilini başa vurmaqdan ötrü Bağdad
şəhərinə getmişdir. Zeynalabdin Bağdad-
da fəlsəfə, tibb,
astronomiya və riyaziy-
yatı, habelə dilləri öyrənməkdə davam
etmişdir.
Bağdad kitabxanalarında olan
səyahətnamələr, bütün Şərq dünyasından
buraya axışıb gəlmiş alimlərin, müqəddəs
şəhərin ziyarətinə gələn zəvvarların
söhbətləri bu gənc oğlanın nəzərlərində
yeni bir dünya açmışdır. Dünyanı görmək
və onun möcüzələri
ilə həmyerlilərini ta-
nış etmək elə həmin vaxtdan gənc Zey-
nalabdinin həyat məqsədinə çevrilmiş
və o, tərəddüd etmədən səyahətə çıxmaq
qərarına gəlmişdir.
İndi artıq bir çoxu sıradan çıxmış
beş yüzdən artıq əlyazma və mətbu
qaynağın və səyahətlər zamanı etdiyi
şəxsi müşahidələri
nəticəsində Şirvani
ona dünya şöhrəti gətirən üç kitab yaz-
mışdır: 1822-ci ildə “Riyazüs-səyahət”
(“Səyahət bağçaları”), 1827-ci ildə
“hədaiqüs-səyahət” (“Səyahət bağları”)
və nəhayət, 1833-cü ildə “Bustanus-
səyahət” (“Səyahət gülzarı”). Bu
əsərlərdə o, bir çox ölkələrin coğrafi-
yası, tarixi, etnoqrafiyası, arxitekturası,
ədəbiyyatı və görkəmli ictimai xadimləri
barədə dəyərli məlumatlar vermişdir.
Şərqin digər alim və səyyahları kimi o da
Yeri yeddi iqlim qurşağına bölmüşdür.
Olduğu bir çox yerlərdə onu saraya
dəvət etmişlər. Bunlardan
Misir hakimi
İbrahim bəyi, İran şahı Fəthəli şah Qaca-
rı, Türkiyə sultanı Mahmudu və başqa-
larını göstərmək olar. Olduğu saraylarda
müzakirə və söhbətlərdə iştirak edən Şir-
vani həmişəlik
burada qalmaq dəvətlərinə
nəzakətlə rədd cavabı vermişdir. Şirvani
həmişə macəralar və məhrumiyyətlərlə
dolu səyyah həyatını saraydakı rahat
həyatdan üstün tutmuşdur.
Zeynalabdin eyni zamanda şair olmuş
və “Təmkin” təxəllüsü ilə şeirlər yazmış-
dır. Həmin şeirlər onun səyahətnamələrinə
səpələnmiş və əlyazması Tehran mərkəzi
kitabxanasında saxlanan “Divan”ında
toplanmışdır. Bu
nadir şəxsiyyətin
digər əsərlərinin əlyazmaları Britaniya
muzeyində, Paris Milli kitabxanasında,
Sankt-Peterburqda və İranda saxlanır.
Şirvaninin əsərləri bir çox Azərbay-
can, İran, rus və Avropa tədqiqatçıları
tərəfindən öyrənilib. Bu alimlərdən
A.Ağa Bakıxanovun, M.Tərbiyətin,
Ə.Həmid Rəbbaninin, B.A.Dornun,
N.V.Xanıkovun, E.Bloşenin və başqala-
rının adlarını çəkmək mümkündür. Bu
sırada öz
ömrünün böyük bir hissəsini
Zeynalabdin Şirvaninin elmi hünərlərinin
tədqiqinə həsr etmiş N.K.Kərəmovun adı
xüsusilə qeyd olunmalıdır.
Şirvani ömrünün son illərini ailəsi ilə
Şirazda keçirib. Elə buradan da özünün
son səyahətinə yollanıb. Bu,
onun həyat
yoldaşı ilə birlikdə çıxdığı həcc ziyarəti
idi.
1838-ci ildə həmin səfəri zamanı
Zeynalabdin Şirvani yolda xəstələnmiş
və Middə şəhəri yaxınlığında dünyasını
dəyişmişdir. Hacı Zeynalabdin elə orada
da dəfn olunmuşdur.
Səyyah və coğrafiyaçı
Dostları ilə paylaş: