365
Tarixdə bu gün
1315
illiyi
Kitabi-Dədə-Qorqud
2015
Azərbaycan xalqının əsrlər boyu ya-
ratdığı zəngin mədəni-mənəvi sərvətlər
xəzinəsində “Kitabi-Dədə Qorqud” özünə-
məxsus layiqli yer tutur. Qəhrəmanlıq dolu
keçmişimizi parlaq əks etdirən bu misilsiz
və möhtəşəm sənət abidəsi milli varlığımı-
zın müəyyənləşməsində mühüm rol oyna-
mışdır. Əcdadlarımız barəsində yaradılmış
ən böyük və məşhur oğuznamələrdən ibarət
“Kitabi-Dədə Qorqud” (“Kitab-i Dədəm
Qorqud əla lisan-i taife-i Oğuzan” (Oğuz
tayfalarının dilində Dədəm Qorqudun ki-
tabı - Oğuz türk dastanı)) ana dilimizin
tükənməz ifadə imkanlarını özündə yaşa-
dır. Azərbaycanın tarixi coğrafiyasını bütün
genişliyi ilə əhatə edən monumental epos
xalqımıza məxsus qədim adət-ənənələrin,
ulu babalarımızın dünyagörüşünün, mənə-
vi aləminin və yüksək bədii zövqünün
öyrənilməsində qiymətli mənbədir.
“Kitabi-Dədə Qorqud” Azərbaycan xalq
ədəbiyyatının ən qədim yazılı abidəsidir
(XI-XII əsrlər). Elm aləminə XIX əsrdən
məlum olan “Kitabi-Dədə Qorqud”un iki
əlyazma nüsxəsi (Drezden və Vatikan) ta-
pılmışdır.
“Kitabi-Dədəm Qorqud” eposunun
bizə gəlib çatmış əlyazma nüsxələrinin
köçürülmə tarixi XVI əsr kimi müəyyən edi-
lir. Boylarda orta əsrlər dastanlarımız kimi,
nəsr və şeir parçaları növbələşsə də, həmin
şeir parçaları orta əsrlərin poetika qanun-
larına az uyğun gəlir. Bəzi tədqiqatçıların
fikrincə, “Kitabi-Dədə Qorqud”da vaxtilə
bəzi digər qədim türk dastanları kimi
başdan-başa şeirlə yaradılmış, sonra isə
yaddaşlarda yalnız əsas motivləri qaldığın-
dan, yazıya köçürülərkən nəsrlə bərpa edil-
mişdir.
Dastanların əsas süjeti aşağıdakı on iki
boyda əks olunmuşdur: “Dirsə xan oğlu
Buğacın boyu”, “Salur Qazanın evinin yağ-
malandığı boy”, “Bayburanın oğlu Bamsı
Beyrək boyu”, “Qazan bəyin oğlu Uruz
bəyin dustaq olduğu boy”, “Duxa Qoca
oğlu Dəli Domrulun boyu”, “Qanlı Qoca
oğlu Qanturalı boyu”, “Qazılıq Qoca oğlu
Yeynəyin boyu”, “Basat Təpəgözü öldür-
düyü boy”, “Bəkil oğlu Əmranın boyu”,
“Uşun Qoca oğlu Səgrəyin boyu”, “Salur
Qazan dustaq olub oğlu Uruz çıxardığı
boy”, “İç Oğuza Dış Oğuz asi olub Beyrək
öldüyü boy”.
Bu dastanlar islamdan öncə Azərbay-
canda baş vermiş hadisələrlə səsləşir. Das-
tandakı hadisələrin əksəriyyəti Dəmirqapı
Dərbənd, Bərdə, Gəncə, Əlincə, Göyçə
gölü və s. yerlərdə cərəyan edir. “Kitabi-
Dədə Qorqud”u yazıya köçürən şəxs Dədə
Qorqudu bu dastanların yaradıcısı, həm də
iştirakçısı kimi təqdim edir. “Kitabi-Dədə
Qorqud” yarandığı dövrün adət-ənənələri,
köçəri həyat tərzi və s. haqqında tarixi-
etnoqrafik məlumatla zəngindir. Soykö-
kümüzü, tariximizi, dövlətçiliyimizi və
Azərbaycan türkcəsini öyrənmək baxımın-
dan zəngin mənbə olan “Kitabi-Dədə Qor-
qud” yalnız Azərbaycanın deyil, bütün türk
dünyasının ölməz kitabıdır.
Azərbaycan xalq bədii təfəkkürünün
abidəsi olan “Kitabi-Dədə Qorqud” das-
tanlarının poetik dili bədii təsvir vasitələri
ilə zəngindir. Onlarda xalq dilinin incəlik-
lərindən, atalar sözü, məsəl və idiomatik
Dostları ilə paylaş: