Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə460/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   456   457   458   459   460   461   462   463   ...   484
Ə d ə b i y y a t
Füzuli, R. Dünya şöhrətli 
bəstəkarın atası /R.Füzuli 
//Ruzigar.- 2013.- 7 may.- 
S.15.
Musiqimizin parlaq 
adlarından biri - Məşədi 
Cəmil //Azadlıq.- 2013.- 
29 mart.- S.14.
Şuşinski, F. Məşədi 
Cəmil Əmirov //Şuşins-
ki F. Azərbaycan xalq 
musiqiçiləri.- Bakı, 
1985.- S.223-233.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.adam.az
www.ganca.org
www.shusha.az


357
Teatr.Kino 
150 
illiyi
2015
Kərbəlayı Cahangir Məşədi Rza oğlu 
Zeynalov 1865-ci ildə Bakıda anadan 
olmuşdur. Cahangir bəy ibtidai təhsil 
almışdı, rus və fars dillərini mükəmməl 
bilirdi, geniş mütaliəsi vardı.
Səhnəyə ilk dəfə 1885-ci ildə qız ro-
lunda çıxıb. Bakıda fəaliyyət göstərən 
Lanskoy,  Şorşteyn, Aqriptseva kimi 
aktyorların truppaları ilə yaxından 
əlaqəsi vardı,  şəhərə  gələn qastrolçu-
ların tamaşalarına müntəzəm baxırdı. 
Hətta, 1916-1918-ci illərdə baxdığı ta-
maşalar barədə rəylərini, sənət haqqında 
mühakimələrini təcəssüm etdirən “Teat-
ro dəftərçəsi” (Əxs etdiyim hərəkətlər) 
nəzəri-təcrübi 
fikirlərini traktat 
səpkisində yazıb. Müəyyən vərəqləri it-
miş həmin dəftərçə Azərbaycan Dövlət 
Teatr Muzeyində saxlanılır.
1900-cü illərdə Müsəlman Dram 
Artistləri  Şirkətinin (“Şirkət” də deyi-
lib) təşkilində Zeynalovun müstəsna 
rolu olub. “Nicat” (1906) və “Səfa” 
(1910), “Nəşri-maarif” mədəni-maarif 
cəmiyyətləri nəzdindəki teatr truppa-
larında Kərbəlayı Cahangir əsasən akt-
yorluq edər və həm də tamaşalara quru-
luşlar verərdi. 
“Səfa”nın kitabxanasının təşkilində 
böyük işlər görən Cahangir Zeynalov 
onun fonduna çoxlu nüsxədə kitab ba-
ğışlamışdı. Bakıda qabaqcıl elm ocaq-
larından sayılan “Səfa” məktəbində 
S.Mənsur, A.Şərifzadə, C.Bünyadzadə 
ilə yanaşı, Cahangir Zeynalov da dərs 
deyirdi. O, dəfələrlə, “Səfa” Teatr 
bölməsi idarə heyətinin rəhbərləri sıra-
sına seçilmişdi. Hətta 1914-cü ildə sədr 
vəzifəsini Cahangir Zeynalov, müavin-
liyi isə Mehdi bəy Hacınski tutmuşlar.
Cahangir Zeynalov rejissor kimi də 
səmərəli fəaliyyət göstərmişdir. 
O, ilk Azərbaycan aktyoru-
dur ki, səhnə  fəaliyyətinin 25 illiyi 
münasibətilə teatr ictimaiyyəti ona 
təntənəli yubiley (Yomi ali) keçirib. 
“Nicat” cəmiyyətinin Qurban bayramı 
günündə (30 noyabr -1910) Tağıyev te-
atrında keçirdiyi yubiley təntənəsində 
M.F.Axundzadənin “Lənkəran xanın 
vəziri” komediyası oynanılmış, Mirzə 
Həbib rolunu Cahangir Zeynalov ifa 
etmişdi. 
Səhnəmizdə qadınların olmamasın-
dan həmişə rahatsızlıq keçirən aktyor 
qızını aktrisa görmək istəmiş, ancaq 
amansız ölüm bu arzuya kölgə salmış-
dı. Üç yaşında valideyni Cahangir Zey-
nalovu itirmiş Nəsibə Zeynalova sonra-
lar atasının bünövrəsini qoyduğu realist 
aktyor məktəbinin ən layiqli davamçısı 
kimi tarixləşdi.
Cahangir Zeynalov 1918-ci ildə 
vəfat etmişdir.
2000-ci ildə ulu öndər Heydər 
Əliyev  Cahangir Zeynalovun xatirəsini 
əbədiləşdirmək məqsədilə  yaşadığı bi-
naya (Hüsü Hacıyev küçəsi, 42) xatirə 
lövhəsinin vurulması barədə Sərəncam 
imzalamışdır.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   456   457   458   459   460   461   462   463   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin