357
Teatr.Kino
150
illiyi
2015
Kərbəlayı Cahangir Məşədi Rza oğlu
Zeynalov 1865-ci ildə Bakıda anadan
olmuşdur. Cahangir bəy ibtidai təhsil
almışdı, rus
və fars dillərini mükəmməl
bilirdi, geniş mütaliəsi vardı.
Səhnəyə ilk dəfə 1885-ci ildə qız ro-
lunda çıxıb. Bakıda fəaliyyət göstərən
Lanskoy, Şorşteyn, Aqriptseva kimi
aktyorların truppaları ilə yaxından
əlaqəsi vardı, şəhərə gələn qastrolçu-
ların tamaşalarına müntəzəm baxırdı.
Hətta, 1916-1918-ci illərdə baxdığı ta-
maşalar barədə rəylərini, sənət haqqında
mühakimələrini təcəssüm etdirən “Teat-
ro dəftərçəsi” (Əxs etdiyim hərəkətlər)
nəzəri-təcrübi
fikirlərini
traktat
səpkisində yazıb. Müəyyən vərəqləri it-
miş həmin dəftərçə Azərbaycan Dövlət
Teatr Muzeyində saxlanılır.
1900-cü illərdə Müsəlman Dram
Artistləri Şirkətinin (“Şirkət” də deyi-
lib) təşkilində Zeynalovun
müstəsna
rolu olub. “Nicat” (1906) və “Səfa”
(1910), “Nəşri-maarif” mədəni-maarif
cəmiyyətləri nəzdindəki teatr truppa-
larında Kərbəlayı Cahangir əsasən akt-
yorluq edər və həm də tamaşalara quru-
luşlar verərdi.
“Səfa”nın kitabxanasının təşkilində
böyük işlər
görən Cahangir Zeynalov
onun fonduna çoxlu nüsxədə kitab ba-
ğışlamışdı. Bakıda qabaqcıl elm ocaq-
larından sayılan “Səfa” məktəbində
S.Mənsur, A.Şərifzadə, C.Bünyadzadə
ilə yanaşı, Cahangir Zeynalov da dərs
deyirdi. O,
dəfələrlə, “Səfa” Teatr
bölməsi idarə heyətinin rəhbərləri sıra-
sına seçilmişdi. Hətta 1914-cü ildə sədr
vəzifəsini Cahangir Zeynalov, müavin-
liyi isə Mehdi bəy Hacınski tutmuşlar.
Cahangir Zeynalov rejissor kimi də
səmərəli fəaliyyət göstərmişdir.
O,
ilk Azərbaycan aktyoru-
dur ki, səhnə fəaliyyətinin 25 illiyi
münasibətilə teatr ictimaiyyəti ona
təntənəli yubiley (Yomi ali) keçirib.
“Nicat” cəmiyyətinin Qurban bayramı
günündə (30 noyabr -1910) Tağıyev te-
atrında keçirdiyi yubiley təntənəsində
M.F.Axundzadənin “Lənkəran xanın
vəziri” komediyası oynanılmış, Mirzə
Həbib rolunu
Cahangir Zeynalov ifa
etmişdi.
Səhnəmizdə qadınların olmamasın-
dan həmişə rahatsızlıq keçirən aktyor
qızını aktrisa görmək istəmiş, ancaq
amansız ölüm bu arzuya kölgə salmış-
dı. Üç yaşında valideyni Cahangir Zey-
nalovu itirmiş Nəsibə Zeynalova
sonra-
lar atasının bünövrəsini qoyduğu realist
aktyor məktəbinin ən layiqli davamçısı
kimi tarixləşdi.
Cahangir Zeynalov 1918-ci ildə
vəfat etmişdir.
2000-ci ildə ulu öndər Heydər
Əliyev Cahangir Zeynalovun xatirəsini
əbədiləşdirmək məqsədilə yaşadığı bi-
naya (Hüsü Hacıyev küçəsi, 42) xatirə
lövhəsinin vurulması barədə Sərəncam
imzalamışdır.
Dostları ilə paylaş: