356
Tarzən
Musiqi.Opera.Balet
140
illiyi
Məşədi Cəmil
1875 – 1928
2015
Məşədi Cəmil Kərbəlayı Əmiraslan
oğlu Əmirov 1875-ci ildə Şuşa şəhərində
anadan olmuşdur.
İlk təhsilini Şuşa şəhərində yerləşən
mədrəsədə almışdır.
Məşədi Cəmil kiçik yaşlarından
tara çox böyük maraq göstərmişdir.
Bəstəkar, tarzən Mir Möhsün Nəvvabın
(1833-1918) musiqi məclislərinin təsiri
ilə formalaşmış Məşədi Cəmil 1907-ci
ildə ailəsi ilə birlikdə Gəncə şəhərinə
köçmüşdür.
Məşədi Cəmil Gəncə
şəhər
məclislərində Məşədi Məhəmməd
Fərzəliyevi, Malıbəyli Həmidi, Musa
Şuşinskini, Bülbülü və Seyid Şuşinski-
ni tarda müşayiət etmişdir.
1910-cu ildə Riqa şəhərində “Qram-
mofon” firması tərəfindən Məşədi
Cəmil Əmirov və digər Azərbaycan
musiqiçilərinin birgə ifa etdikləri xalq
mahnıları və muğamları vala köçürül-
müşdür.
Məşədi Cəmil 1911-1912-ci illərdə
Türkiyənin İstanbul şəhərində musiqi
təhsili almış və orada “Heyratı” muğa-
mını nota köçürərək nəşr etdirmişdir.
Cəmil Əmirov iki il ard-arda İstanbula
konsert proqramları ilə səfər etmişdir.
Məşədi Cəmil Türkiyədə Azərbaycan
musiqisinin qızğın təbliğatçısı kimi çı-
xış etmişdir.
Daim axtarışda olan tarzən 1913-cü
ildə İranın Məşhəd şəhərinə ziyarətə
gedir və oradan ud və kanonu Gəncəyə
gətirir, onlarda da ifa etməyə başla-
yır. Məhz bu ziyarətdən sonra Cəmil
Əmirov musiqi aləmində Məşədi
Cəmil Əmirov kimi tanınır. O, öz ya-
radıcılığında vokal sənətinə də geniş
yer vermişdir. Hələ Şuşada oxumağa
meyl göstərən sənətkar, artıq Gəncədə
səhnəyə çıxaraq Rzabəy, Zeyd, Kərəm,
hətta Məcnun kimi mürəkkəb obrazları
yaratmışdır.
Azərbaycan musiqi tarixində bir
bəstəkar kimi də müəyyən xidmətləri
olmuşdur. O, 1915-ci ildə uzun çalış-
madan sonra “Seyfəl-mülk” operasını
yazmış və əsəri səhnələşdirmək üçün bir
çox sənətkarları Gəncəyə dəvət etmişdir.
Opera Gəncədə iki dəfə oynanıldıqdan
sonra Tiflisə dəvət almış və 1916-ci il 3
iyunda Tiflis Kozyanın teatrında (indiki
Gürcüstan Dövlət Opera və Balet teat-
rı) səhnələşdirilmişdir. 1923-cü ildə isə
“Namuslu qız” və “Sərkərdənin qılıncı”
musiqili dramını səhnəyə çıxartmışdır.
1923-cü ildə isə Məşədi Cəmil
Gəncədə musiqi məktəbi açmaq üçün
icazə alır və birinci ildə 39 tələbə mu-
siqi məktəbinə qəbul edilir. Məşədi
Cəmilin oğlu Fikrət Əmirov, Qənbər
Hüseynli, Telman Hacıyev və başqa bir
çox Gəncənin görkəmli şəxsləri məhz
bu məktəbin yetirmələridirlər.
Məşədi Cəmil Kərbəlayı Əmiraslan
oğlu Əmirov 1928-ci ildə Gəncədə
vəfat etmiş və Gəncənin Səbiskar
qəbiristanlığında dəfn olunmuşdur.
Dostları ilə paylaş: