358
Teatr.Kino
135
illiyi
2015
Əhməd Haşım oğlu Məlikov
(Qəmərlinski) 1880-ci ildə Bakı
şəhərində anadan olmuşdur. İçə-
rişəhərdə boya-başa
çatan Əhməd
Sultanməcid Qənizadənin məktəbində
təhsil almışdır.
Səhnəyə ilk dəfə 1906-cı ildə Bala-
xanıda həvəskar aktyorların hazırladı-
ğı “Adı var, özü yox” (N.B.Vəzirov)
tamaşasında çıxıb. Sonralar “Nicat”
Cəmiyyətinin nəzdindəki teatr truppası-
nın aktyoru olmuşdur.
Səhnədə tanınmış aktyorlar Sidqi Ru-
hullanın, Hüseyn Ərəblinskinin oyununu
gördükdən sonra Əhməd Qəmərlinski
dərk
etmişdir ki, o, yalnız aktyor ola
bilər. Çünki onun fitri istedadı və sənətə
olan tükənməz məhəbbəti var idi.
1908-ci ildən etibarən Əhməd
Qəmərlinski azərbaycanlı aktyorlarla
birlikdə Azərbaycanın bir sıra kənd və
rayonlarını gəzmiş, ən ucqar guşələrdə
aktyor dostları ilə birlikdə çıxışlar et-
miş,
Azərbaycan, eyni zamanda dün-
ya dramaturgiyasının ən tanınmış
əsərlərində müxtəlif obrazlar yaratmış-
dır. Onun teatr məktəbi bax, beləcə ya-
ranıb. Məsələn,
Nadir şah faciəsində
Ədhəm xan, “Otello” tamaşasında se-
nator Brabansion obrazlarını yaradıb.
Əhməd Qəmərlinskini bir aktyor kimi
şöhrətləndirən onun Ə. Haqverdiye-
vin “Pəri-cadu” tamaşasındakı şeytan
obrazı olmuşdur. Bu tamaşadan sonra
aktyorların, o cümlədən tamaşaçıların
Əhməd Qəmərlinskiyə olan münasibəti
dəyişmişdir. Onun
özünə məxsus ifa
tərzi, nitq mədəniyyəti diqqəti cəlb et-
mişdir. “Qəmərlinski” ləqəbini ona
Hüseyn Ərəblinski vermişdir. Qəmərli
kəndindən qastroldan qayıdarkən dostu-
na Qəmərlinski təxəllüsünü təklif etmiş
və Əhməd həyatının
sonunadək bu so-
yadı daşımışdır.
O, həmçinin yazıçılıqla da məşğul ol-
muş, tarixi və müasir mövzuda yazdığı
12 əsərinin demək olar ki, hamısı 1910-
1920-ci illərdə H. Ərəblinski, S. Ruhulla
və başqa görkəmli sənətkarlar tərəfindən
tamaşaya qoyulmuşdur. Bunlardan “Ca-
vanlar”, “Tufan Kərbəla”, “Rüstəm və
Söhrab”, “Məkri-zənən”, 1920-1945-
ci illərdə yazılmış “Eşq-məhəbbət”,
“Məktəb vodevili”, “Ziyarət nəticəsi”,
“Maymaq” və s. kiçik həcmli pyeslərdə
Ə. Qəmərlinski
ictimai həyatda baş verən
mühüm problemlərə toxunmuşdur. Onun
köhnəliyi, fanatizmi ifşa edən acı satira-
sı qaraguruhçu adamları qəzəbləndirir
və onlar müəllifə qarşı kəskin hücumlar
edirdilər. Əhməd Qəmərlinskinin yaz-
dığı kiçik həcmli əsərlər bu gün də öz
əhəmiyyətini itirməyib.
Ə.Qəmərlinski Azərbaycanda yeni
yaranmaqda
olan kino sahəsinə də ma-
raq göstərmiş, “Almaz”, “Səbuhi” və
“İsmət” filmlərində bir sıra epizodik rol-
lara çəkilmişdir.
1940-cı ildə “Əməkdar incəsənət xa-
dimi” fəxri adına layiq görülmüşdür.
Əhməd Qəmərlinski 1952-ci il mar-
tayının 9-da, Bakıda vəfat etmişdir.
Dostları ilə paylaş: