Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
233
9.6. İstintaq eksperimenti və ifadələrin
yoxlanılması gedişində ekspert
(mütəxəssis) işinin təşkili və məzmunu.
İstintaq eksperimenti və ifadələrin yoxlanılması gedişində
məhkəmə həkiminin işi, hər bir istintaq hərəkətində mütəxəssis
iştirakının ümumi prinsiplərinə cavab verməkdir. Mütəxəssis öz
fəaliyyətini cinayət-prosessual qanunvericiliyə uyğun, öz səlahiyyəti
çərçivəsində həyata keçirməlidir. Bu istintaq hərəkətinin qanuniliyini
müəyyən edən əsas şərtdir və onun nəticələrinin sübut qismində
tanınmasına imkan verməkdir. İstintaq eksperimenti keçirilməsinin
digər mühüm tələbi təcrübələrin keçirilmə şəraitinin obyektivliyidir.
Mütəxəssis işinə münasibətdə obyektivlik tələbi birincisi,
eksperimentin keçirilməsi üçün lazım olan ilkin məlumatlar, yalnız
doğru təyin olunmuş və istintaqla sübut edilmiş faktlar və əvvəllər
keçirilmiş şübhə doğurmayan qəti nəticələr ola bilər. İkincisi,
təcrübələrin təşkilində yalnız elmi əsaslandırılmış, mümkün olduqca
rəsmi məsləhət görülmüş metod və texniki vasitələr tətbiq edilə bilər.
Göstərilənlərlə yanaşı obyektivlik həm də eksperimentdə bütün və ya
bəzi versiyaların yoxlanılıb-yoxlanılmaması ilə müəyyən olunur.
Ekspertin qarşıda qoyulan vəzifələrdən kənara çıxmaması, yalnız
obyektiv məlumatlara əsaslanan fərziyyələrlə məhdudlaşması,
istintaq edilən hadisə barədə öz subyektiv təsəvvürlərinin minimuma
endirməsi çox vacibdir.
Hər bir iştirakçı, xüsusən də müstəntiq və ya mütəxəssis
tərəfindən bu vacib prinsiplərin pozulması, nəticələrdən
şübhələnməyə əsas ola bilər və təkrar istintaq hərəkətinin
keçirilməsinə zərurət yarada bilər.
Məhkəmə həkimi öz işini elə qurmalıdır ki, onun yerinə yetirdiyi
hərəkətlər istintaq eksperimentinin bütün iştirakçılarına aydın olsün.
Özü tərəfindən müstəntiqlə səmərəli qarşılıqlı əlaqə və məlumat
mübadiləsi yaratmağa, gördüyü işin nəticələrinin son dərəcə
əyaniliyinə, iştirakçıların təhlükəsizliyinə və istintaq sirrinin
qorunmasına çalışmalıdır. Vətəndaşların hüququna toxunan və
|