Şakir Musayev
232
etdikdə, çox vaxt lazımi ifadələri almaq mümkün olur. Bəzən
təqsirləndirilən və şübhəli şəxs həvəslə təmasa girir, cinayətin baş
vermə şəraiti və üsulunu ətraflı göstərirlər. Kənardan müşahidə
etdikdə onların istintaq hərəkəti gedişi ərzində, tədricən hərəkətə
gəlmələrini, davranışlarında canlanmanı, bəzən hətta bunun
emosional və hərəki oyanıqlığa keçməsini görmək olar. Öz
hərəkətlərini və digər cinayət iştirakçılarının hərəkətlərini nümayiş
etdirərkən, onlar mənalı, hətta teatral jestlərdən istifadə edirlər,
hərəkətlərini ətraflı şərh edirlər, öz «nailiyyət» və cinayət təcrübələri
ilə öyünürlər, detalları göstərirlər. Bəzən isə ifadələrinin inandırıcı
olması üçün, onlardan soruşulmayan hadisə təfsilatını danışır
özlərində yaranmış təəssüratı və qiyməti göstərirlər. Davranışın bu iki
variantının nümunəsində şübhəli (təqsirləndirilən) şəxsin davranış
tərzini dəyişmək və daha ətraflı ifadələr əldə etmək məqsədilə onun
psixoloji vəziyyətindən istifadə etmək mümkünlüyü aydın olur.
İstintaq eksperimenti gedişində hər hansı bir faktın qeyri-
mümkünlüyünə və ya əksinə, təkzib olunmazlığına əmin olan,
əvvəllər ifadə verməyə meylli olmayan təqsirləndirilən şəxs istintaqla
əməkdaşlıq etməyə başlaya bilər. İstintaqa kömək etmək niyyətli şəxs
isə, istintaqı aparılan hadisə barədə əlavə məlumatlar və təfərrüatlar
göstərə bilər. Təqsirləndirilənin (şübhəli şəxsin, şahidin)
şəxsiyyətinin xüsusiyyətlərini, onun davranış səbəbini, onlarla təmas
qaydalarını təyin etmək psixoloqun vəzifəsidir. Məhkəmə həkimi və
müstəntiq işlərində bu xüsusiyyətləri nəzərə almalıdır.
|