Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
231
eksperimentin mövzusu ilgəklə boğmaq hadisəsi olduqda, istintaq
eksperimentinin təhlükəsizliyini təmin etmək üçün, E.S. Mişin (1995,
1997) təklif etmişdir ki, ilgəyin bənzəri asanlıqla cırılan materialdan
hazırlansın, yaxud, ilgək materialı bir neçə yerdən kəsilsin, sonra isə
təcrübənin keçirilməsi üçün o, ilgək kəsikləri sapla bərkidilsin. İlgək
boyuna salınmaqla qüvvə həddi bir qədər artdığından birləşmələr
yerində cırılmalar əmələ gəlir ki və statistin həyatı üçün təhlükə
aradan qalxır.
Nəhayət, məhkəmə həkiminin səlahiyyətinə birbaşa aid olmayan,
lakin istintaq hərəkətinə hazırlıq və iştirakda onun nəzərə alacağı
daha bir aspekt üzərində dayanmaq lazımdır. Burada ifadəsi
yoxlanılan və ya təqsirləndirilən şəxsin şəxsiyyətinin xarakterik
xüsusiyyətlərdən danışılır. Birincisi, bunu ehtiyatsızlıq tədbirləri
baxımından nəzərə almaq lazımdır (təcrübədə onların istintaq
hərəkəti iştirakçılarına hücum halları məlumdur). Bundan əlavə,
məhkəmə həkimi və şübhəli şəxsin (təqsirləndirilənin) psixoloji
baxımdan qarşılıqlı əlaqələri də mühüm əhəmiyyət kəsb edir.
Məhkəmə həkimi müstəntiqin yanında psixologiyanın əsasları ilə
tanış olan tək mütəxəssis kimi qalır. Bu halda mütəxəssis
müstəntiqin diqqətini istintaq hərəkətinin planlaşdırılmasında
cinayətkarın xarakteri, temperamenti və şəxsiyyətinin digər psixoloji
xüsusiyyətlərini nəzərə almağın vacibliyinə, istintaq hərəkətinin
hazırlanmasına psixoloqun cəlb edilməsinin məqsədəuyğunluğuna
yönəltməsi qeyri-qanuni deyildir.
Təqsirləndirilən və ya şübhəli şəxsin iştirakı ilə keçirilən
eksperimentlər təcrübəsi göstərir ki, istintaq hərəkəti gedişində
onların davranışı əhəmiyyətli dərəcədə dəyişə bilər. Bəzən onlara
tanış olmayan, bir çox şəxslərin iştirak etdiyi real mühitdə cinayətin
baş vermə şəraitini aydınlaşdırarkən tez bir zamanda özünə qapılır,
suallara həvəssiz və qısaca cavab verir, cavablarını uzun müddət və
ətraflı düşünürlər. Belə şəxslər adətən yığcam ifadə verir, müstəntiq
və mütəxəssisin təkliflərini yerinə yetirməkdən boyun qaçırır, hadisə
təfsilatını araşdırmaqdan çəkinirlər. İstintaqa əks təsir taktikası seçən
şübhəli şəxslər də, özlərini belə aparırlar. Hətta bu hallarda, baş
vermiş hadisəni ardıcıllıqla canlandırdıqda və məharətlə sorğu-sual
|