Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
237
yürütməyə, zərərçəkənin bədənindəki yaranın ekspert yolu ilə
müəyyən edilmiş yerləşdiyi yerin, onun küt və iti tərəflərinin
lokalizasiyasının və yara kanalı istiqamətinin istintaq eksperimenti
iştirakçılarının göstərdikləri şəraitə uyğun olmalarını təyin etməyə
imkan verir. Xəsarətlərin törənmə mexanizmi və şəraiti barədə
alınmış məlumatlar sxemlərdə əyani şəkildə göstərilir.
Nəticələrə qiymət verdikdə bunu nəzərə almaq vacibdir ki,
eksperiment gedişində alınan məlumatlar həmişə «bıçağı öz-özünə
batırma»nın mümkünlüyü haqda mütəxəssisin yekun, hərdən
fərziyyəvi mülahizləri üçün kifayət olmur. Çünki, istintaq
eksperimentində bir çox mühüm amilləri və istintaq edilən vəziyyətin
obyektiv parametrlərini qeydə almaq mümkün olmur. Alətin bəzi
konstruktiv xüsusiyyətlərini (məsələn, kəsər tərəfin ifadə edilmə
dərəcəsi) obyektiv qiymətləndirmək olmur, paltar qatlarının sayı və
onların materialı, zədələnmiş toxuma və orqanların və s.
xüsusiyyətləri biri-birinə uyğun gəlmir. Bu məsələləri ekspertiza və
ekspert eksperimenti keçirməklə dəqiqləşdirmək olar.
Küt alətlə xəsarətlər yetirilən hallarda ifadələr və istintaq
variantları yoxlanılarkən eksperiment iştirakçılarının ifadələri və
onların nümayiş etdikləri bütün hərəkətlər detallıqla təsbit olunur.
Onların qarşılıqlı vəziyyəti, pozası və onun hadisə dinamikasında
dəyişməsi nəzərə alınır, xəsarətlərin yetirilmə şəraiti, hücum edənin
əlində travma alətinin tutulma qaydası, alətin izqoyan səthinin
bədənin zədələnmiş hissəsinə münasibətdə istiqaməti dəqiqləşdirilir
və yenidən canlandırılır, travmatik təsir barədə məlumatlar (zərbə,
təzyiq, gərilmə, sürtünmə), onların sayı, ardıcıllığı, tətbiq yerləri və
qüvvənin istiqamətləri fiksə edilir.
Odlu silah zədələnmələri hallarında yaralanma hadisəsinin
yenidən qurulması
gedişində əsas diqqət irəli sürülən variantların yoxlanılmasına və
aşağıdakı sualların həllinə yönəldilir:
-- atəşin məsafəsi barədə;
-- atəş açılan yer barədə;
-- atəş açılan anda zərərçəkənlə hücum edənin qarşılıqlı vəziyyəti
və pozaları barədə;
|