Şakir Musayev
240
qəlpələrin uçuşunun maksimal uzaqlığı və ya partlayışın
digər faktorlarının təsir radiusu necədir;
qəlpələr hansı
məsafəyədək öz zədətörədici
xüsusiyyətlərini saxlamışdır:
Partlayışın reallığa yaxın halları poliqon şəraitində
biomanekenlərdən və partlayıcı qurğunun analoqlarından istifadə
olunmaqla imitasiya oluna bilər. Aydındır ki, belə təbii eksperimenti
keçirmək hər dəfə mümkün olmur. Buna görə də bu suallardan
bəziləri ifadələrin yoxlanılması gedişində hadisə yerinin təkrar
müayinə edilməsi və onun hissəvi rekonstruksiyası ilə həll edilir.
Boyunun sıxılması -- ilgəklə boğma və ya asılma vəziyyətlərinin
istintaq eksperimenti şəraitində yenidən qurulması aşağıdakı
məqsədlə aparılır:
♦
asılma və ilgəklə boğulmanın differensial diaqnostikasında
boyunun sıxılma mexanizminin yoxlanılması və dəqiqləşdirilməsi;
♦
travma alətləri barədə əvvəllər alınmış ifadələrin yoxlanılması
-- materialın xarakteri barədə (küt elastik və bərk əşyalar, silahsız
şəxsin bədən hissələri, səthin relyefi), ilgəyin növü barədə
(elastikliyi), onun hazırlanma üsulları, dövrələrin sayı, ucların
birləşmə üsulları, düyünün yerləşmə yeri və s. barədə;
♦
stranqulyasiya şırımının görünməsi və itməsi vaxtının hadisə
yerinin konkret şəraitlərində təyini;
♦
zərərçəkənin pozasının, sıxılma anında zərərçəkənlə hücum
edənin qarşılıqlı duruş vəziyyətinin təyini;
♦
öz-özünü boğmanın (öz-özünü asmanın) mümkünlüyünün və
ya qətli gizlətməyə cəhd edərkən bu halların uydurulmuş olmasının
yoxlanılması.
Məhkəmə-tibbi ədəbiyyatda mexaniki stranqulyasyon asfiksiya
hallarında istintaq eksperimentinin keçirilməsi E.S.Mişinin
(1995,1997) və Y.A.Molinin (1996) işlərində daha ətraflı
işıqlandırılmışdır.
Eksperiment maneken, o cümlədən biomaneken üzərində və ya
statist cəlb edilməklə keçirilə bilər. Statistin həyat və sağlamlığı üçün
təhlükənin aradan qaldırılması məqsədilə alət kimi qeyri-travmatik
predmetlərdən (məsələn, ilgəyin ölçülərinə uyğun olan kağız lent)
|