Şakir Musayev
236
Travmanın konkret növündən asılı olaraq, istintaq eksperimenti
gedişində məhkəmə həkiminin fəaliyyət predmetinə aid ola bilən
yuxarıda sadalanan ümumi suallar konkretləşdirilir. Xəsarətlərin iti
alətlərlə yetirildiyi hallarda məhkəmə həkiminin iştirakı ilə istintaq
eksperimenti çox vaxt cinayətin törədilməsi üsulları barədə konkret
istintaq variantlarının yoxlanılması və ya xəsarətlərin törənmə
mexanizmi barədə ekspert nəticəsinin dəqiqləşdirilməsi məqsədilə
keçirilir. Bir çox alimlər deşici-kəsici alətlə xəsarət yetirilən anda
zərərçəkənin duruş vəziyyətini (pozasını) və zərərçəkənlə hücum
edənin qarşılıqlı yerləşmələrini təyin etmək üçün istintaq
eksperimentinin keçirilməsini məsləhət görürlər.
Bıçağı «öz-özünə batırma» adlanan halın mümkünlüyü barədə
variantın yoxlanması istintaq-ekspert vəziyyəti üçün səciyyəvidir. Bir
qayda olaraq, bu vaxt xəsarətlər zərərçəkənlə hücum edənin
bilavasitə yaxın təmasda olduqları vəziyyətdə yetirilir və real hadisə
yeri mühitində vəziyyətin mərhələ-mərhələ canlandırılması ekspert
qiymətləndirilməsində həlledici əhəmiyyət kəsb edir. Zərərçəkənə və
ya təqsirləndirilənə yoxlanılan varianta uyğun poza tutmaq və alətin
vəziyyətini nümayiş etdirmək təklif edilir (alət maketini xəsarət
yetirən anda olduğu əlində tutsun və ya ona başqa vəziyyət versin).
Foto və video çəkilişlə dinamikada bədənin travma alan hissəsinə
münasibətdə alətin və ya digər predmetin travma törədici hissəsinin
açıq mühitdə istiqaməti (bıçaq tiyəsinin və ya digər alətin kəsər tərəfi,
ülgücü, küpü) fiksə edilir. Zərərçəkənlə hücum edənin qarşılıqlı
vəziyyəti bir-birinə və ətraf mühitdəki əşyalara nisbətdə qeyd edilir.
Konkret variantdan asılı olaraq dinamikada bu göstəriciləri
dəyişməklə, zərərçəkənin özünü müdafiə və hücumu dəf etməsi
hərəkətləri təsbit edilir. Eyni vaxtda alınmış məlumatlar meyitin
müayinə nəticələri ilə tutuşdurulur və təcrübi yolla vəziyyətin elə
modeli qurulur ki, həmin model düzgün təyin edilmiş faktiki
məlumatlarla daha artıq dərəcədə uyğun olsun. Eksperimentdə alət
tutmuş əlin hərəkət trayektoriyasını, təsiredici qüvvənin vektor
istiqamətini, onun tətbiq nöqtəsini izləmək və obyektiv surətdə
videolentə köçürmək mümkündür. Bu da yara kanalının mümkün ola
biləcək istiqaməti, zərbənin təxmini gücü barədə mülahizələr
|