Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə244/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   240   241   242   243   244   245   246   247   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

239



Odlu silah yaralanması  şəraitinin yenidən bərpa olunması  və 

ekspert qarşısında qoyulan məsələlərin həllinə, hadisə yerinin 

miqyaslı planının tərtib edilməsi kömək edir. Bu planda meyit və 

müxtəlif maddi sübutların (məsələn, gilizin) qarşılıqlı yerləşməsi, 

ətraf mühit əşyalarında odlu silah zədələri, atəş  məhsullarının bu 

əşyalara çökməsinin topoqrafiyası göstərilir. 

Gilizə görə hadisə yerində atəş açanın olduğu yerin eksperimental 

təyini metodikası bir neçə alim tərəfindən təsvir edilmişdir. Bunun 

əsasını odlu silahın hər bir növü üçün gilizlər atəş anında müəyyən 

istiqamətdə  və müəyyən məsafəyə uçmalarından ibarət gilizlərin 

yerləşməsinin məlum qanunauyğunluğu təşkil edir. Bu 

qanunauyğunluğa  əsaslanaraq, eksperiment gedişində, cinayətkarın 

istifadə etdiyi silahdan analoji mərmilər tətbiq etməklə atəşlər açılır 

və atılmış patron gilizlərinin düşdüyü yer nəzərə alınır. Təcrübələrin 

nəticəsi üzrə, silahın yerləşdiyi yer sıfır nöqtəsi olmaqla koordinatlar 

sistemi kimi təqdim edilən gilizin düşmə yerinin miqyaslı sxemi 

tərtib olunur. Həmin sxem hadisə yerinin xüsusi hazırlanmış - giliz, 

meyit və digər maddi sübutların qeyd edildiyi eynimiqyaslı plan ilə 

tutuşdurulur. Eksperimental atəşlərdə gilizlərin səpələnmə sahəsinin 

hadisə yerində olan gilizlərin yerləşdiyi sahə ilə uyğunlaşmasının 

alınmasına cəhd olunur. Keçirilmiş real eksperiment hüdudunda atəş 

açan  şəxsin dura biləcəyi 50 sm radiusunda zonanı müəyyən etmək 

mümkün olmuşdur. 

Partlayış travmasının bəzi hallarını da ifadələrin yoxlanılması və 

ya istintaq eksperimentinin keçirilməsi yolu ilə  dəqiqləşdirilməsi 

mümkündür. 

Bunun üçün aşağıdakı sualları həll etmək lazımdır: 

 

partlayıcı qurğunun və  zərərçəkənin bədəninin qarşılıqlı 



yerləşməsi (partlayış episentrinə münasibətdə  bədənin 

yerləşməsi və istiqaməti); 

 

zərərçəkənin bədənində  və  ətraf mühit əşyalarında 



xəsarətlərin uyğunluğunu və onların eyni anda baş verməsinin 

mümkünlüyü (bir partlayışdan); 

 

aşkar olunmuş  zədətörədici elementlər partlayıcı qurğu 



örtüyünün və ya maneənin dağılmasının tipik variantıdırmı; 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin