Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə246/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   242   243   244   245   246   247   248   249   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

241



istifadə edilir və ya ilgəyin analoqu hissələrə bölünür və sonra nazik 

sapla bərkidilir. 

Ölümün baş vermə  şəraitini və boyunun sıxılma mexanizmini 

yoxlayarkən istintaq eksperimentinin konkret vəzifə  və  şərtlərindən 

asılı olaraq aşağıdakılar yenidən təkrarlanmalıdır: ilgəyin 

konstruksiyası (dartılan və ya dartılmayan, dövrə və burumların sayı, 

uclarının birləşmə xarakteri - küt uclu, kəsişməli, düyünün yerləşdiyi 

yer), onun hazırlanma və boyuna keçirilmə üsulları, ilgəyin 

yerləşməsi (gücün təzyiq yeri), istiqaməti və onun dartılma qüvvəsi, 

sıxılmanın sayı, zərərəçəkənin və hücum edənin  əllərinin vəziyyəti. 

Eksperiment gedişində  zərərəçəkənin və hücum edənin pozasına və 

qarşılıqlı yerləşmələrinə, ilgəklə  dəri arasında tük, paltar və digər 

əşyaların olmasına,  ətrafdakı  əşyalara münasibətdə  zərərçəkənin 

bədəninin yerləşməsinə diqqət yetirilir. 

Y.A.Molin göstərir ki, eksperiment başlamazdan  əvvəl statistin 

boynunda stranqulyasiya şırımını müəyyən işarələrlə imitasiya etmək 

məqsədəuyğun olardı. Aydındır ki, bunu ancaq şübhəli  şəxs 

(təqsirləndirilən) eksperimentdə  iştirak etmədikdə  həyata keçirmək 

olar, yaxud da bu işarələr nəzərə çarpmamalıdır.  

Özünü asmaq (özünü boğmaq) variantını yoxlayarkən təcrübi 

yolla ilgək rekonstruksiya olunur. Əvvəllər keçirilmiş  tədqiqatları 

nəzərə alaraq ardıcıllıqla ilgəyin bərkidilməsində dayaq kimi xidmət 

edən  əşyalara onun fiksə edilməsi mərhələləri, boyuna keçirilmə 

üsulları canlandırılır. Bununla eksperimental olaraq ölənin sərbəst 

surətdə özünü asa bilməsinin mümkün və ya qeyri-mümkün olması 

əsaslandırılır.  



Hündürlükdən yıxılma hallarında istintaq eksperimenti 

keçirilərkən aşağıdakı əsas məsələlər həll edilir: 

o

  yıxılmanın baş verdiyi yer və hündürlük; 



o

  qeyri-iradi yıxılmanın və ya ilkin surət verməklə  yıxılmanın 

mümkünlüyü;  

o

  yıxılmanın xarakteri və trayektoriyası (sərbəst və ya 



pilləkanvari). 

Ekspert məsələlərini həll etmək üçün eksperiment keçirilməsi 

metodikası A.N.Lebedev tərəfindən (1986) təklif edilmişdir. Bunun 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin