Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə247/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   243   244   245   246   247   248   249   250   ...   516
 

Şakir Musayev  

 

242



üçün zərərçəkənin uzunluğuna, çəkisinə, ağırlıq mərkəzinə müvafiq 

olan antropometrik balanslaşdırılmış maneken hazırlanır. Təcrübələr 

silsiləsində zərərçəkənin güman edilən yıxıldığı yerdən, müxtəlif start 

mövqeyindən və müxtəlif  şəraitlərdə -- surət verməklə (zərbə, 

itələmə, tullama) və ya surət vermədən maneken aşağı atılır. Nəticə 

kimi manekenin son vəziyyəti nəzərə alınır və onun ağırlıq 

mərkəzindən  şaquli yıxılma səthinə nisbətdə  məsafə ölçülür. 

Manekenin yerdəyişmə trayektoriyasını göstərmək üçün, xüsusən də 

pilləkanvari yıxılmalarda videoçəkiliş tətbiq edilir.  

O.X.Teteris (1990) naməlum  şəraitdə hündürlükdən yıxılma 

hallarında xəsarətlərin törənmə mexanizmini əsaslandırmaq üçün 

dinamik modelləşdirmə metodundan istifadə etmişdir. Bunun üçün 

biomanekendə meyit qacıması bütünlüklə  bərpa edilir və meyitin 

keçirilmiş hissəvi müayinəsinin məlumatları nəzərə alınmaqla meyitə 

yerə  dəydiyi anda aldığı poza verilir. Bədənin ayrı-ayrı hissələrinin 

vəziyyətini dəyişməklə  və inersion-qravitasion (ətalət-cazibə) təsiri 

imitasiya etməklə, bədən hissələrinin yaranan hərəkətlərinin və 

deformasiyasının xarakterini müşahidə edirlər.  

Beləliklə  də travmaların törənmə mexanizminin bütövlükdə 

qanunauyğunluğu qeydə alınır və hündürlükdən yıxılmanın konkret 

hallarında xəsarətlərin  əyani, eksperimental və  əsaslandırılmış 

törənmə mümkünlüyü əldə edilir.  

Yol nəqliyyat hadisələrindəki cinayət işlərinin istintaqında 

istintaq eksperimenti daha tez-tez keçirilir. Bu xəsarətlərin  əmələ 

gəlmə  şəraiti və  şərtlərini dəqiqləşdirməyə  və ekspert qarşısında 

qoyulan sualların xüsusən də  aşağıda göstərilənlərin təyinində  həlli 

üçün əlavə məlumatlar almağa imkan verir: 

-  birinci zərbə anında və travmanın sonrakı dövrlərində 

zərərçəkənin pozasını; 

-  nəqliyyat vasitəsinin xəsarət törədə biləcək hissə və detallarını; 

-  piyada ilə toqquşmuş  nəqliyyat vasitəsinin növü, zərərçəkənin 

avtomaşın daxilində olduğu yer, travma mexanizmi (travma törədici 

qüvvənin tətbiq yeri və istiqaməti) istintaq variantları  və ya ekspert 

fərziyyələri. 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin