Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə255/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   251   252   253   254   255   256   257   258   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

253



istintaq hərəkətində  iştirak etmək üçün məhkəmə-tibb ekspertindən 

başqa, müvafiq texniki profil üzrə mütəxəssisləri cəlb etmək 

məqsədəuyğundur. Məsələn; mühəndisləri, texnoloqları,  əməyin 

təhlükəsizliyi üzrə mütəxəssisləri, həkimləri və sair. 

Kriminalistik təcrübədən istintaq eksperimentinin bu növünə 

silahın konkret nümunəsindən özbaşına atəş açılmasının 

mümkünlüyünü yoxlamaq hallarını aid etmək olar. 

Termiki faktorların təsir etdiyi hallarda istintaq eksperimenti 

travma  şəraitinin yenidən qurulması, meyitin yandırılmasına tələb 

olunan vaxtın təyini (söhbət cinayətin bu üsulla gizlədilməsindən 

gedirsə), yanğının baş vermə  şəraitinin yoxlanılması, (yanğın sahəsi 

və yanmanın ardıcıllığı), hər-hansı maddənin öz-özünə 

alovlanmasının mümkünlüyünü yoxlamaq və buna bənzər digər 

halların təyini üçün keçirilə bilər.  

Termiki travma şəraitlərinin eksperimental yoxlanılması 

mümkünlüyü və müvafiq vəziyyət məsələlərinin həlli xüsusi tipli 

qurğulardan istifadəni genişləndirir. Bu qurğular - inseneratorlar, 

bioloji obyektlərin kremasiya şəraitini hadisə  şəraitinə uyğun 

modelləşdirməyə  və meyitdəki termiki dəyişikliklərin xarakterini 

(meyit qalıqlarını) və biomanekeni müqayisə etməyə imkan verir. 

Kimyəvi faktorların təsiri də istintaq eksperimentinin predmeti və 

məhkəmə-tibb ekspertinin onun icrasına cəlb olunması (bir qayda 

olaraq, zəhərlənmə şəraitini təyin etmək üçün) səbəbi ola bilər. Bəzən 

zəhərli maddələrin texnoloji qəza  şəraitində cihazların işə salınması 

nəticəsində və ya ştatdan kənar istehsalat hallarında atmosferdə aşkar 

edilə bilməsi mümkünlüyünün təyin edilməsi tələb olunur.  

Elektrotravma hadisələrində istintaq eksperimenti cihazı dövrəyə 

qoşarkən onun gövdəsində elektrik cərəyanının yaranması 

mümkünlüyü və cərəyanın əsas fiziki xarakteristikası barədə suallara 

cavab verir. İstintaq məlum olan şəraitdə elektrik cərəyanı ilə 

zədələnmənin mümkünlüyünü təyin edərkən, zərərçəkənin pozasını 

yenidən bərpa edərkən və  bədənin müəyyən hissəsinin 

cərəyandaşıyıcı naqillə təmasda olması aydınlaşdırılarkən məhkəmə-

tibb eksperti istintaq hərəkətinin keçirilməsinə aşağıdakı hallarda cəlb 

edilir: Hadisə yerində nümunələrin alınması üçün məhkəmə 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin