Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə263/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   259   260   261   262   263   264   265   266   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

261



şəxsin, zərərçəkənin, şahidin) törətdiyi hərəkətlərin, müşahidə etdiyi 

hərəkət və ya hadisələrin nümayişi və  zədətörədici təsirin 

canlandırılması üzrə eksperimentin qoyulmasıdır. Bu mərhələdə 

maket və alətlərin analoqlarından istifadə etməklə, statistlərin cəlb 

edilməsi ilə  hər bir yoxlanılan versiya üzrə ayrı-ayrılıqda 

yoxlanılması  tələb olunan hallar - xəsarətlərin yetirilmə növü və 

ardıcıllığı, iştirakçıların hərəkətləri və qarşılıqlı yerləşmələri 

imitasiya edilir, travmatörədici amillərin təsirinin  şərtləri 

modelləşdirilir və sair. Hadisə ilkin olaraq iştirakçıların onu təsvir 

etdikləri kimi, sonra - bütün hadisə (situasiya) variantları istintaq 

versiyaları üzrə canlandırılır. Bu üsulla istintaq edilən hadisənin 

dinamikası haqda, təhqiqat üçün mühüm olan hallar barədə, mümkün 

olduqda isə onun kəmiyyət xarakteristikaları haqda əyani təsvir alınır.  

İstintaq eksperimenti predmetini dairəsinin daralmasına yol 

vermək olmaz. Mütəxəssisin vəzifəsi -- vəziyyətin inkişafına təsir edə 

biləcək  şərtlərin tam və  hərtərəfli yoxlanılmasını  təmin etməkdir. 

Bütün versiyalar, iştirakçıların və  şahidlərin ifadələrindəki hər bir 

əhəmiyyətli fakt, mütəxəssisin obyektiv empirik yol verilən 

fərziyyəsi cəhdlə yoxlanılmalıdır. Hər bir hala, hətta o müstəntiq və 

ya ekspertin fikrincə  təsadüfü xarakter daşısa belə, hadisə kimi 

baxmaq lazımdır və onun qiymətləndirilməsi təcrübələrin 

təkrarlanmasını, eksperiment gedişinin düzəldilməsini tələb edir. 

Xəsarətlərin törənmə mexanizminə  təsir edəcək hər bir parametr 

ekspert diqqətindən kənarda qalmamalıdır. Hər  şeydən  əvvəl, daha 

əhəmiyyətli, mübahisəli, ziddiyyətli və qaranlıq halları canlandırmaq 

lazımdır.  İlkin məlumatlar kimi isə  iş materiallarında rəsmi təsbit 

edilmiş  məlumatlar və  əvvəllər keçirilmiş xüsusi müayinələrlə 

düzgün müəyyən edilmiş obyektiv faktlar nəzərdə tutulur. 

Dindirmədə olduğu kimi,  əvvəlcə müstəntiq  şübhəli  şəxsə  və ya 

istintaq hərəkətinin digər iştirakçılara istintaq edilən hadisənin ona 

məlum olan halları barədə danışmağı, yoxlama keçiriləcək yeri və 

marşrutu göstərməyi təklif edir. Danışıq gedişində o, işə aidiyyatı 

olan alətləri,  əşyaları, hadisə yeri predmetlərini, sənədləri nümayiş 

etdirir və cinayət iştirakçılarının hərəkətlərini yadında saxladığı kimi 

canlandırır. Bütün açıqlamalar və  hərəkətlərin nümayişi o hadisənin 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin