Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə266/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   262   263   264   265   266   267   268   269   ...   516
 

Şakir Musayev  

 

264



9.7. İstintaq eksperimenti və 

ifadələrin yoxlanılmasının nəticələrinin 

tərtibi və qiymətləndirilməsi 

 

İstintaq eksperimenti və ya ifadələrin yoxlanılması qurtardıqdan 



sonra müstəntiq tərəfindən protokol tərtib edilir. Protokol istintaq 

hərəkəti gedişində müəyyən edilmiş fakt və halları  təsdiq edən  əsas 

prosessual sənəddir. Məhkəmə eksperimentinin nəticələri üzrə 

protokolu hakim tərtib edir. Protokol cinayət prosessual 

qanunvericiliyin tələblərinə riayət etməklə tərtib olunur (CPM maddə 

261, 263).  

Protokolun giriş hissəsində istintaq hərəkətinin başlama vaxtı, 

yeri, şərtləri, iştirakçılarının tərkibi, keçirilmə əsası və məqsədi təsbit 

edilir. Təsviri hissədə  iştirakçıların hərəkəti, texniki vasitələr və 

onların tətbiq edilmə  şərtləri  şərh edilir. Eksperimentin və 

yoxlamanın gedişi, bütün ilkin məlumatlar, vəziyyət dəyişiklikləri və 

alınmış məlumatlar ətraflı qeyd edilir. Şərhin ardıcıllığı eksperiment 

gedişinə uyğun olmalıdır - əvvəlcə baxışın nəticələri göstərilir və 

eksperimentin keçirildiyi yerdə mühitin, qrupun gəlib çatdığı andakı 

xarakteristikası verilir. Vəziyyətin yenidən qurulmasının nəyin 

əsasında və necə keçirilməsi göstərilir, təcrübələrin məzmunu, 

şəraitlərin dəyişməsi və sonda, onların nəticələri qeyd edilir.  

Mütəxəssis protokol tərtibində, öz hərəkətlərinin və onun iştirakı 

ilə keçirilən təcrübə  nəticələrinin dəqiq və düzgün əksini təmin 

etməklə, müstəntiqə kömək edir. Protokolda prosessual hərəkətin 

gedişində meydana çıxan variantlar və 

vəziyyət 

qiymətləndirilməsinin şərh edilməsi yol verilməzdir.  

Protokolun son hissəsində istintaq hərəkətinin qurtarma vaxtı, 

istifadə olunmuş  əlavə vasitələr və onların texniki xarakteristikası 

qeyd edilir. Protokolda əlavələr (sxemlər, çertyojlar, şəkillər və s.), 

götürülmüş predmetlər, izlər və nümunələr sadalanır. Buradaca 

iştirakçıların protokolla tanış olmaları barədə qeydlər edir, onların 

ərizə  və iradlarını, həmçinin protokolun istintaq hərəkətinin 

məzmunu ilə uyğun olması haqda onların qeydlərini təsbit edir. 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin