Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə267/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   263   264   265   266   267   268   269   270   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

265



İştirakçıları istintaq hərəkəti məlumatlarını sirr olaraq saxlamalarının 

zəruriliyi haqda xəbərdar edir.  

Əlavə texniki vasitələrin - foto, audio, kino və ya video 

çəkilişlərin tətbiqi ilə, eləcədə sxemlərin,  şəkillərin, planların, 

çertyojların, vektoqrammaların və s. tərtib edilməsi  əyaniliyi 

yüksəldir, qavramanı yüngülləşdirir və istintaq hərəkəti nəticələrinin 

inandırıcılığını artırır. Həmin vasitələrdən istifadə edilmənin  əsas 

tələbi - onların texniki keyfiyyəti və çəkilişlərin məlumatlı olmasıdır. 

Bunlar elə  tərzdə yerinə yetirilməlidir ki, təcrübələrin  şərtlərini 

(şəraitlərini), gedişini və  nəticəsini maksimal dəqiq və  ətraflı  əks 

etdirə bilsin. Bunun üçün məhkəmə-tibb eksperti kriminalistin 

diqqətini eksperimentin fiksə edilməsi zəruri olan mərhələ  və 

detallarına yönəldir. Müxtəlif şəxslərin iştirakı ilə eksperiment və ya 

ifadələrin yoxlanılması  təkrar keçirildiyi hallarda, fotoçəkiliş  və 

videoyazı bir rakursda, eyni nöqtələrdən, eyni epizod və  

oriyentirlərin təsbit edilməsi ilə yerinə yetirilir, sxem, plan, çertyojlar 

isə bir miqyasda hazırlanır. Hər bir texniki vasitənin tətbiqi barədə 

protokolda qeydlər aparılır, alınmış  sənədli materiallara protokola 

əlavə kimi baxılır.  

İstintaq eksperimentinin əsasını  həmişə tutuşdurma, müqayisə 

(ifadələrin, obyektiv istintaq məlumatlarının, ekspert nəticələrinin və 

s.) təşkil edir. Müqayisə mexanizmi işə salındıqda, onun ardınca 

minimum iki mümkün variantdan birinin seçilməsinə qərar verilməsi 

qaçılmaz haldır. Lakin hər cür müqayisə, xüsusən də oxşarlıq üzrə 

müqayisə şərtidir. Buna görə də hansı qərarın seçilməsi bir çox halda 

istintaq hərəkəti nəticələrinə qiymət verilməsinin  nə  dərəcədə 

obyektiv və məntiqi dəqiq olması ilə müəyyənləşdirilir.  

Yuxarıda qeyd edildiyi kimi, hər bir model artıq öz təbiətinə görə 

sünidir (qeyri-təbiidir), az və ya çox dərəcədə real hadisə barədə 

müstəntiqin, ekspertin və digər iştirakçıların subyektiv təsəvvürlərini 

əks etdirir. Miqdarı metodlardan istifadənin məhdud imkanları ilə 

əlaqədar, istintaq hərəkəti nəticələrinə subyektiv-qiymətləndirici 

münasibətin daha da artırılması  təhlükəsi həmişə vardır. 

Eksperimental məlumatların mütəxəssis tərəfindən 

qiymətləndirilməsində, onun peşəkarlıq təcrübəsi, o cümlədən 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin