Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə270/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   266   267   268   269   270   271   272   273   ...   516
 

Şakir Musayev  

 

268



mərhələdə istintaq hərəkəti nəticələrinə  işin digər materialları ilə 

birlikdə baxmaq lazımdır. Onları  əldə olan sübutlarla, ilk növbədə, 

ekspert sübutları ilə müqayisə etmək və razılaşdırmaq lazımdır. 

Yekun halda, təcrübələrin nəticələrini nə  dərəcədə cinayətin real 

vəziyyətinə aid etməyi müəyyən etmək lazımdır. 

İstintaq eksperimenti növlərini nəzərdən keçirdikdə praktik olaraq 

bütün hallarda bu və ya digər təzahürün, prosesin, hərəkətin, 

mümkünlüyündən (qeyri-mümkünlüyündən), xəsarətlərin, izlərin və 

s. törənməsinin mümkün olan mexanizmi və  şərtlərindən danışılır. 

Nəzərə almaq lazımdır ki, eksperiment bu və ya digər fərziyyənin 

doğru və ya yalan olması haqda suala deyil, yalnız öyrənilən 

fərziyyənin vəziyyətin konkret eksperimental modelinə aid edilərək 

irəli sürülmə hüququnun olması haqda suala cavab verir. 

Eksperimentin müsbət nəticəsi hər hansı bir faktın və ya təzahürün 

prinsipial mümkünlüyünü əsaslandırır. Bu həmin halların həqiqətdə 

olması  və ya istintaq hərəkəti gedişində müəyyən edildiyi kimi baş 

verməsi demək deyildir. İstintaq eksperimentinin nəticəsi -- yalnız 

verilmiş  vəziyyət üçün və  təcrübələrin keçirildiyi konkret şəraitlərə 

aid  ədalətlidir. Yalnız  şərtlər bərabər olduqda təcrübi yolla təsdiq 

edilmiş qanunauyğunluq vəziyyətin inkişafında həmin inkişafın 

mümkünlüyünə yol verir, ehtimal edir və ya, əksinə, həqiqətdə belə 

onu istisna edir (başqa sözlə desək, müəyyən olunmuş 

qanunauyğunluğa zidd olmayan mümkündür və  əksinə, bu 

qanunauyğunluqla uzlaşmayan istisna edilir). Əgər eksperimental 

şəraitlər real hadisənin baş verdiyi şəraitlərlə heç bir vaxt oxşar 

olmursa, onda alınmış  nəticələrin qiymətləndirilməsində ciddi qəti 

mülahizələri gözləmək lazım deyil. Təcrübi faktlara əsaslanmış 

nəticələr həqiqətdə baş vermiş hadisəyə ehtimalın yalnız müəyyən 

hissəsi ilə aid edilə bilər. Ehtimallıq bu halda mümkünlük ölçüsüdür. 

Ehtimallığın (həqiqətə uyğunluğun) dərəcəsindən asılı olaraq 

formal və real mümkünlüyü ayırmaq lazımdır. Formal mümkünlük 

hadisənin elə inkişafı hesab edilir ki, özü-özlüyündə müəyyən edilmiş 

eksperimental məlumatlarla ziddiyyət törətmir, eksperimentin 

nəticəsini istisna etmir, onun inkişafına yol verir. Formal 

mümkünlükdən fərqli olaraq, real mümkünlük onun 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin