Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə278/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   274   275   276   277   278   279   280   281   ...   516
 

Şakir Musayev  

 

276



idarənin iki tibb işçisinin iştirakı ilə digər mütəxəssis tərəfindən 

alınır. Məhkəmə tibb ekspertizasına göndərilmiş  şəxslərdən qan 

könüllü götürülür. Həmin  şəxsdən nümunənin alınması barəsində 

razılıq müstəntiqin qərarında qeyd edilməlidir. Qanunla cinayət 

prosesinin iştirakçılarından nümunələrin alınmasında iştirak edən 

şəxslərin dairəsi də  məhdudlaşdırılır. Müstəntiq və nümunə götürən 

şəxsdən başqa zəruri hallarda müstəntiqin iştirakı ilə bu prosesdə 

mütəxəssis (o cümlədən məhkəmə tibb eksperti) iştirak edə bilər. 

CPM-nə görə  əgər nümunələrin alınması  şəxsin soyunması ilə 

müşayiət olunursa, əgər müstəntiq  əks cinsə  məxsusdursa, o bu 

istintaq hərəkətində iştirak edə bilməz. Lakin bununla onun rəhbərlik 

funksiyası saxlanılır.  

Bu istintaq hərəkətində hal şahidlərin iştirakı vacib deyil. 

Müqayisəli tədqiqat üçün nümunələrin götürülməsi barədə  hər bir 

şəxs üçün CPM-nin (maddə 276) tələblərinə müvafiq olaraq 

müstəntiq ayrılıqda protokol tərtib edir. 

Xüsusiyyətlərin  əks olunmasını göstərən maddi sübutlardan, 

meyitlərdən nümunə götürülməsinin lazım olduğu digər hallarda 

nümunələr prosessual hərəkətlər gedişində – hadisə yerinə, meyitlərə 

baxış və istintaq eksperimenti, axtarış, götürülmə, tanınmaya təqdim 

etmə, məhkəmə ekspertizasının keçirilməsində götürülə bilər. Belə 

halda xüsusi qərarın tərtib olunmasına ehtiyac olmur. Nümunələrə isə 

həmin istintaq hərəkətinin protokoluna əlavə kimi baxılır. Nümunələr 

bu zaman ekspertin və ya mütəxəssisin iştirakı ilə alına bilər. İstintaq 

hərəkətinin növündən asılı olmayaraq bu prosessual yolla götürülən 

nümunələrə  məhkəmə istintaq nümunələri deyilir. Bundan əlavə 

zəruri hallarda ekspertizanı icra edən ekspert də nümunələri götürə 

bilər (CPM, maddə 273.4). Əgər nümunələrin alınması ekspert 

tədqiqatının bir hissəsidirsə, (ekspert nümunələridirsə) nümunələrin 

götürülməsi barəsində ayrılıqda müstəntiqin qərarı  tələb olunmur. 

Ekspertə müstəntiq tərəfindən nümunə götürülməsi tapşırılmasa da, 

bir çox hallarda bu məhkəmə tibb ekspertizasının qaydalarında 

nəzərdə tutulur. Müayinə zamanı ekspert müstəqil olaraq tətbiq 

edəcəyi metod və müayinə vasitələrini seçir. O, sonrakı  tədqiqatlar 

üçün ona əvvəl təqdim olunmuş obyektlərin bir hissəsini – məsələn, 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin