Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
279
10.2. Müqayisəli ekspert tədqiqatı
üçün götürülən nümunələrin təsnifatı.
Nümunələr təbiətinə, xarakter xüsusiyyətlərinə, miqdarına və
digər hallara görə müxtəlif olur və məhkəmə işlərində müqayisəli
tədqiqat məqsədi ilə işlədilir. Ona görə də onlara müqayisəli tədqiqat
nümunələri deyilir. Nümunələrə öncə istintaq zamanı identifikasiya
məsələlərinin həlli üçün müraciət olunur. Buraya naməlum şəxsin
(meyitin) şəxsiyyətinin müəyyən olunması, istintaq zamanı tapılmış
və işə əlavə olunmuş hər hansı bir maddənin və ya əşyanın məhdud
qrup çərçivəsində əlamətlərinin təyin olması daxildir. Eyni zamanda
obyektin özünün müayinəsi mümkün və məqsədə uyğun deyilsə,
nümunələr müayinə oluna bilər. Bununla belə nümunələrin ekspertiza
cəhətdən əhəmiyyəti də müxtəlifdir.
Nümunə obyektləri bioloji (növ, cins, qrup mənsubiyyəti
xüsusiyyətlərini əks etdirən) və qeyri bioloji obyektlər ola bilər.
Prosessual təbiətindən asılı olaraq məhkəmə istintaq və ekspert
nümunələri ayırd edilir. Nümunələr öz götürülmə üsullarına görə və
obyektin özünə olan münasibətinə görə
təsnif olunur.
Kriminalistikada nümunələrin müxtəlif təsnifatları mövcuddur.
Məsələn, yaranma vaxtına, şərtinə görə sərbəst, eksperimental və
şərti sərbəst nümunələr ayırd edilir. Sərbəst nümunələr cinayət işi
qaldırılana qədər mövcud olur. Eksperimental nümunələr cinayət işi
qaldırıldıqdan sonra CPM-nə uyğun olaraq müqayisəli tədqiqat
aparmaq üçün alınır. Şərti sərbəst nümunələr maddi obyektlər olub
tədqiqat zamanı meydana çıxır və müqayisə məqsədi daşımır.
Götürülmə üsullarına görə nümunələrin təsnifatının məhkəmə
tibbi əhəmiyyəti böyükdür. Bu təsnifat 3 qrupa bölünür:
1. Bioloji – insan orqanizminin həyat-fəaliyyətinin məhsulu kimi
əmələ gəlir. (Məsələn, obyektin özünün bir hissəsi və ya həmcins
obyektlər qrupu - qan, ifrazat, tük nümunələri və s);
2. Eksperimental və ya süni alınmış – surət nümunələri.
Məsələn eksperimental alınmış surətlər, odlu silah gilizləri;
|