Şakir Musayev
280
3. Sərbəst nümunələr – onlar tədqiq olunan hadisədən asılı
olmayaraq mövcuddur. Məsələn, həlak olmuş şəxsin qohumlarında
saxlanılan tük nümunələri, həmin şəxsin yaşadığı vaxt çəkdirdiyi foto
və rentgen şəkillər, onun xətt nümunəsi, xüsusilə müqayisəli tədqiqat
üçün alınmış travma alətinin analoqu və s.
Eksperimental nümunələr obyektin əşya daşıyıcısı ilə kontaktı
(statik və ya dinamik) və ya qeyri kontaktı (foto, video, rentgen,
kompyuter) nəticəsində alına bilər.
Öz prosessual təbiətinə görə eksperimental nümunələr məhkəmə
istintaq nümunələri ola bilər. Bu zaman onlar istintaq hərəkəti
gedişində alınır (məsələn istintaq eksperimenti zamanı). Ekspert
nümunələri ekspertizanın icrası zamanı alınır.
Sərbəst nümunələrin alınması şübhəli şəxs və zərərçəkmişin
iştirakı ilə bağlı deyil. Onlar digər istintaq hərəkətləri prosesində –
axtarış, götürülmə, baxış və digər hallarda alına bilər. Bu müvafiq
protokollarda əksini tapır. Nümunə obyektləri müxtəlif xüsusiyyətləri
özlərində daşıyır. Bu nöqteyi-nəzərdən onların 4 növü vardır:
1. Obyektin xarici quruluş xüsusiyyətini əks etdirən
nümunələr: zədə alətinin xüsusi hazırlanmış eksperimental nümunəsi
(alətin surəti), obyektlə ümumi əlamətləri olan və müqayisəli
tədqiqatda onu əvəz edən analoq nümunələr (tapılmamış itirilmiş
alətin analoqu) alətin təcrübədə alınan izləri (məsələn, eksperimental
iz alınmada);
2. Obyektin tərkib və strukturunu əks etdirən nümunələr. Öz
mənşəyi və alınma üsuluna görə onlar bir qayda olaraq təbii
nümunələrdir və obyektin bir hissəsi və ya həmcins obyektlər
qrupunun bir hissəsidir. Buraya bir çox bioloji təbiətli nümunələr –
obyektin qrup xüsusiyyətlərini daşıyanlar, həmçinin hər hansı bir
texnoloji proseslə bağlı təcrübə nümunələri, qida nümunələri, iş
otağın havasının nümunəsi və s. aiddir;
3. Obyektin yaranma mexanizmini əks etdirən nümunələr –
məsələn, insanın bəzi vərdişləri və ya insanın peşə xarakteri ilə bağlı
(xətt nümunələri, şübhəli şəxs, müqəssirin iştirakı ilə alınan
eksperimental iz nümunələri);
|