Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
281
4. Kompleks nümunələr – obyektin eyni zamanda bir neçə
xarakteristikasını əks etdirirlər.
Yuxarıda göstərilənlər nümunələr «iş nümunələri» adlanan qrupu
təşkil edir. Bu nümunələr bilavasitə tədqiq olunan cinayət işi ilə
əlaqədardır və onların timsalında alətin xüsusiyyətlərinin öyrənilməsi
– müqayisəli tədqiqat predmetini təşkil edir. Bundan əlavə nəzarət
nümunələri və talon nümunələr də mövcuddur. Bu nümunələr tədqiq
olunan cinayətlə bağlı olmayıb ekspertiza prosesində köməkçi rol
oynayır. Kontrol (nəzarət) nümunələr iş nümunələrində hər hansı bir
qarışıq, çirklənmə olmasının və onların xarakterini təyin etməyə
imkan verir. Məhkəmə tibbi ekspertizada bunlar əşya daşıyıcısı kimi
istifadə olunan material və maddələrdir. Məsələn, bint, əşya şüşəsi,
konservləşdirici mayelər (spirt, formalin) və ya hadisə yerindən
kənarda götürülmüş cinayət işi ilə aid olmayan torpaq, su, hava
nümunələri.
Etalon nümunələrin iş və nəzarət nümunələrindən fərqi ondadır
ki, onlar ekspert müayinəsində qeyri prosessual olaraq istifadə
olunur. Bunlar müəyyən bioloji və kimyəvi strukturlu nümunələr
kolleksiyasındandır, məsələn, əvvəl antigen xüsusiyyəti bilinən
nümunələr, bioloji və kimyəvi qatışıqlar və s. Onlardan işdə istifadə
olunan reaktivlərin spesifikliyini, aktivliyini, həssaslığını yoxlamaq
üçün istifadə olunur. Bu standart nümunələr standart kimi
ekspertizanı təyin etmiş şəxs tərəfindən təqdim oluna bilər. Beləliklə,
nümunələrə aşağıdakı müəyyən anlayışı vermək olar: nümunələr
müqayisəli ekspert müayinəsinin optimal rejiminin qorunmasının
xassələrini əks etdirən obyekt – obyektin maddi modelləridir.
Cədvəl №9. Müqayisəli tədqiqat üçün nümunələrin təsnifatı
Dostları ilə paylaş: |