Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
289
Tamponlarla bərabər möhtəviyyat təmiz əşya şüşəsinə nazik qat
şəklində sürtməklə yaxmalar götürülür. Meyitlərin müayinəsində
uşaqlıq yolu, düz bağırsaq və ağız boşluğu möhtəviyyatı daxili
orqanlar çıxarılan ana qədər götürülməlidir. Göndərilməzdən əvvəl
tampon və yaxma qurudulur, tamponun götürülməsində istifadə
olunan tənzif parçası isə ayrılıqda bükülür. Zorlamada şübhələnən
şəxsin cinsi orqanlarında qan və uşaqlıq yolu epiteli hissələri ola
bilər. Bu hallarda cinsi orqanın səthindən nümunələr götürülür.
Bunun üçün cinsiyyət üzvündən tənzif parçasına yuyuntu götürülür
və ya iki əşya şüşəsində cinsiyyət üzünün başını fiksə etməklə izlər
alınır.
Başdan, qasıqdan və lazım olduqda bədənin digər nahiyələrindən
tük nümunələri maddi sübut kimi götürülmüş tüklərlə müqayisə
olunma və ya onlarda qrup antigeni təyin etmək məqsədilə götürülür.
Bir qayda olaraq tük nümunələri qətl hadisələrdə, cinsi cinayətlərdə,
nəqliyyat travmalarında, oğurluq hadisələrində bədənin tüklü
nahiyələrinin zədələnmələrində və naməlum şəxslərin meyitlərinin
identifikasiyasında götürülür.
Başdan tük nümunələri 5 hissədən – alın, təpə, ənsə, sağ və sol
gicgah nahiyələrindən sayı 20-25-dən az olmamaqla götürülür. Canlı
şəxslərdən tük dəstələri qayçı ilə dəriyə yaxın hissədən kəsilir və ya
əvvəllər istifadə olunmamış daraqla daramaqla götürülür. Tük
götürülən şəxsin icazəsi ilə bəzi tüklərin ehtiyatla qoparmaq da olar.
Bu halda ona ağrı hissinin olacağı barədə xəbərdarlıq edilir. Tükdə
tük kökünün və yataq hissəsi qatlarının olması cinsi mənsubiyyəti
təyin etmək imkanı verir. Tük nümunələri ayrılıqda kağız paketlərə
yığılır və üzərində götürülmə nahiyəsi qeyd olunur. Bir şəxsin tük
nümunələri bir paketdə yerləşdirilir, üzərində şəxsin göstəriciləri,
götürüldüyü yer, vaxt yazılır və müstəntiqə verilir.
Qətl və cinsi cinayətlərdə əl barmaqlarından dırnaqaltı
möhtəviyyat götürülür. Bunun üçün qayçı ilə dırnaq lövhələrinin
sərbəst kənarları kəsilir və ya onların daxili səthlərindən qaşıntı
götürülür. Onlar sağ və sol əl üçün ayrı-ayrılıqda paketlərə
yerləşdirilir. Bu zaman dırnaqaltı möhtəviyyata dırnaq yatağı
|