vermək. Nümunələrin tədqiqat üçün Birliyin müvafiq şöbələrinə
Şakir Musayev
298
FƏSİL 11. TANINMAYA TƏQDİM ETMƏ.
11.1. Şəxsiyyətin təyin edilməsi
məqsədi ilə xüsusi məhkəmə tibbi
biliklərdən istifadə etmə formaları.
Məhkəmə təbabətinin ən vacib və aktual problemlərindən biri də
şəxsiyyətin identifikasiyasıdır. İnsan şəxsiyyətinin (naməlum
meyitin) təyin olunmasının müxtəlif üsulları var. Təcrübədə bu
məsələ 3 üsulla həll olunur:
1. DİN-də mövcud olan müxtəlif hesabat-qeydəalma və axtarış
sistemlərindən istifadə etməklə əməliyyat-axtarış tədbirləri gedişində.
2. İstintaq və məhkəmə hərəkətlərinin icra olunması ilə (əgər
cinayət işi başlanmışdırsa).
3. Məhkəmə ekspertizası və ya xüsusi müayinələr aparılması ilə.
Məlum səbəblərdən məhkəmə tibb ekspertləri daha çox
identifikasiyanın ekspert qiymətləndirməsinə diqqət ayırırlar. Ona
görə də şəxsiyyət identifikasiyası problemi məhkəmə təbabətində
xüsusi elmi hissə kimi ayrılmışdır.
Bununla belə məhkəmə-tibb ekspertləri tez-tez naməlum şəxsin
(meyitin) istintaq identifikasiyasına da cəlb olunurlar. Bu məqsədlə
aparılan prosessual hərəkətlərə hadisə yerlərində naməlum şəxsin
meyitinə baxış, digər yerlərə istintaq baxışı, itkin düşmüş şəxsin
güman olunan yaşayış yerinə baxış, tibbi sənədlərin axtarılıb
götürülməsi (itkin düşmüş şəxsin yaşayış yerində), müqayisəli
tədqiqat üçün nümunələrin götürülməsi, ekshumasiya, tanınmaya
təqdim etmə və sairə aiddir.
Qanuna görə şəxsiyyətin təyin olunmasının müxtəlif formaları
bərabər sübutedici əhəmiyyət kəsb edir. Məhkəmə-tibb eksperti
rəylərinin nəticələri elmi əsaslandırılmış olduğuna görə şəxsiyyətin
identifikasiyasına dair məhkəmə-tibbi ekspertinin rəyi digər
formalara nisbətən daha çox əhəmiyyət kəsb edir və digər sübutlarla
bərabər hesab olunur. Qanunvericilik ekspert rəyini, istintaq,
məhkəmə hərəkətləri protokollarını və digər sübutları sübut