Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
305
imkanları barəsində müstəntiqə məlumat vermək.
2. Ölmüş və itkin düşmüş şəxslərin əlamətlərinin müəyyən
olunmasında müstəntiqə kömək etmək.
3. Meyitləri tanınmaya hazırlamaq.
4. İstintaq hərəkətinin keçirilməsi üçün zəruri şəraitin yaranması,
onun vaxtının, yerinin planlaşdırılmasında müstəntiqə kömək etmək.
Meyitin tanınması üçün 2 şərtin olması zəruridir: Tanınma ölmüş
şəxsin sağlığında onu görüb tanımış şəxslərin iştirakı ilə olmalıdır və
ölmüş şəxsin xarici görkəmi tanınmaya yararlı olmalıdır.
Məhz göstərilən hallar meyitlərin tanınmasının prinsipial
mümkünlüyünü müəyyən edir və burada müstəntiq tərəfindən bu
prosessual hərəkətin həyata keçirmənin məqsədəuyğunluğunun
müəyyənləşdirilməsində məhkəmə-tibb ekspertinin köməyinə ehtiyac
yaranır. Nəzərə almaq lazımdır ki, zədələr və ölümdən sonra baş
verən proseslər nəticəsində meyitin xarici görkəmində yaranmış
kobud dəyişiklər tanınmaya təşəbbüs üçün mütləq əsas deyil. Hər bir
hal tanınmaya imkan verə bilən konkret əlamətlərə görə, onların
görünüşü davamlığı, dəyişkənliyi, həmçinin tanıyan şəxsin meyitin
əlamətlərini nə qədər bilib yadda saxlaması ilə təyin edilir. Məlumdur
ki, hətta kəskin dəyişkənliyə məruz qalmış şəxslərin meyitlərində
tanınmaya yararlı xüsusi əlamətlər (xallar, piqment ləkələri, ziyillər
və s.) yaxşı saxlanılır. Keçirilmiş travmadan, xəstəliklərdən, cərrahi
əməliyyatlardan sonra yaranan anatomik defektlər, çapıqlar,
döyənəklər, siviş çapıqları, tatuirovkalar, diş aparatında olan
xüsusiyyətləri də yararlı xüsusi əlamətlərə aid etmək olar. Həmin
əlamətlərin aşkar olunduğu hallarda hətta kəskin çürümə və
mumifikasiyaya məruz qalmış meyitlərin əvvəlcədən xüsusi
hazırlanmasından sonra tanınmada müsbət nəticə alına bilər.
Tanıyan şəxsin öz nəticəsinə əmin olmadığı və əlamətləri dəqiq
yadda saxlamadığı hallarda da tanınmaya təqdim etmədən imtina
etmək olmaz.
Naməlum şəxsin meyitinin və ya itkin düşmüş şəxsin əlamətləri
məhkəmə tibbi müayinədən və meyitə hadisə yerində baxışdan əlavə
şahidlərin dindirilməsi, həmin şəxslərin yaşadığı yerə baxış, müxtəlif
əşyaların, sənədlərin, nümunə obyektlərinin seçilib götürülməsi ilə
|