Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
301
11.2. Tanınmaya təqdim etmə anlayışı
və onun prosessual məzmunu.
Tanınmaya təqdim etmə müstəqil istintaq hərəkəti kimi müəyyən
istintaq taktikası, metodikası, terminologiyası və həmçinin məhkəmə
təbabəti sahəsində olan mütəxəssislər də daxil olmaqla iştirakçıların
hərəkətlərinin məzmunu və ardıcıllığı ilə xarakterizə olunur.
Tanınmaya təqdim etmənin əsas prosessual tələbləri və qaydalarını
məhkəmə tibb ekspertinin bilməsi vacibdir.
Tanınmaya təqdim etmənin adında onun məqsədi, məzmunu və
metodikası əks olunur. Tanınmaya təqdim etmə prosessual hərəkət
olub, tanıyan şəxsə, müşahidə olunan obyektin eyniliyinin, ümumi
soy mənsubiyyətinin təyin olunması və ya əksinə, fərqləndirilməsi
üçün müstəntiq (məhkəmə) tərəfindən obyektin təqdim edilməsindən
ibarətdir. Tanınmanın mahiyyəti konkret təqdim olunan obyektin
yaddaş və şüurda əvvəl formalaşıb möhkəmlənmiş obyektlə predmet
mahiyyəti ilə müqayisə olunmasıdır. Tanınmaya təqdim edən
subyektlərə, prokuror, müstəntiq və məhkəmə, tanıyan subyektlər isə
müxtəlif prosessual statusa malik şəxslər, şahid, zərərçəkmiş, şübhəli
şəxs və müqəssir aiddir. Tanıyan şəxs müstəntiq və ya iş üzrə təyin
olunmuş ekspert ola bilməz. Tanınan obyekt müəyyən şəxs və
meyitlərdən başqa hər hansı bir digər əşya, həmçinin heyvanlar, yer
sahəsi də ola bilər. Tanınmaya təqdim etmənin qanuni tələblərindən
danışarkən bu istintaq hərəkətinin bəzi məcburi prosessual
elementlərini qeyd etmək lazımdır.
CPM–nə uyğun olaraq tanıyan şəxslər ilkin olaraq şəxsi, əşyanı,
onların xüsusiyyətlərini gördükləri şərait barəsində dindirilir və bu
zaman onlara yönəldici suallar yol vermək olmaz. Tanınan obyekt
digər obyekt və şəxslər, əşyalarla imkan daxilində xarici görkəm və
xüsusiyyətlərinə görə oxşar olmaqla birlikdə təqdim edilməlidir.
Konkret obyektlər, o cümlədən meyitlər olmadıqda foto, video və
digər təsvirlərlə tanınma aparıla bilər. Bu zaman onların və digər
obyektlərin sayı üçdən az olmamalıdır. İstintaq hərəkəti zamanı
|