Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
299
mənbələri kimi göstərməklə yanaşı, istintaqı aparan şəxs, müstəntiq,
prokuror üçün onların əvvəlcədən qəbul olunmuş gücə malik
olmadığını göstərir. Məhkəmə, prokuror sübutları öz daxili
inamlarına görə qiymətləndirir və bu zaman onlar qanun və
vicdanlarını rəhbər tutaraq cinayət işində olan sübutlar yığımına
əsaslanırlar. Sübutların qiymətləndirilməsində bir şübhəsiz əsas var –
sübutların qanuni alınıb tərtib olunması. Lakin burada da onların
məntiqi formaları, sübutların mütləq və ya güman olunan faktlarla
göstərilməsini nəzərə almaq lazımdır.
Qanunvericilik şəxsiyyətin müəyyən olunması üçün ekspertizanın
keçirilməsini mütləq nəzərdə tutmur. CPM-nə görə zərərçəkmişin,
şübhəli və təqsirləndirilən şəxsin yaşının təyini üçün ekspertiza onun
yaşını göstərən sənədlərin olmaması və ya şübhəli olması zamanı
keçirilə bilər. Qalan hallarda insanın və ya naməlum meyitin
şəxsiyyətinin təyin olunması qanunda nəzərdə tutulan üsullarla icra
oluna bilər. Onlardan biri də tanınmaya təqdim etmədir. Prosessual
qanunvericilik tanınmaya təqdim etmədə xüsusi biliklərdən istifadə
olunma mümkünlüyünün barəsində tam məlumat vermir. Belə ki,
müstəntiq, prokuror və məhkəmənin iştirakı ilə ekspertə hər bir
istintaq hərəkətində iştirak etmək hüququ verdiyi halda, tanınmaya
təqdim etmə kimi istintaq hərəkətində ekspertin və ya mütəxəssisin
iştirakı barədə heç nə deyilmir. Meyitlərin tanınmasında məhkəmə
tibb ekspertlərin iştirakı böyük əhəmiyyət kəsb edir. Lakin xüsusi
ədəbiyyatlarda, normativ sənədlərdə məhkəmə həkiminin tanınmada
iştirakının prinsipi və işinin məzmunu, onun müstəntiq və digər
əməliyyat işçiləri ilə qarşılıqlı əlaqəsi lazımi səviyyədə əks
etdirilməmişdir. Bu səbəbdən də müstəntiq şəxsiyyətin təyin
olunması ilə bağlı məhkəmə təbabəti sahəsi mütəxəssisinin ona
edəcəyi kömək, onun hansı hallarda iştirakının vacib olması və ya
hansı hallarda çox da vacib olmaması barəsində tam məlumatlı
olmur. Son illərdə məhkəmə təbabəti sahəsində mütəxəssislərin həlak
olmuşların və xüsusən kütləvi insan ölümü zamanı həlak olmuşların
tanınmasında işlərinin təşkili barədə məsələlər işlənməyə başlamışdır.
Məsələni tənzim edən normativ sənədlərin olmaması o demək deyil
ki, məhkəmə təbabəti sahəsində mütəxəssis naməlum meyitlərin
|