Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə297/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   293   294   295   296   297   298   299   300   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

295



müayinəsini nəzərə alaraq, eksperimental zədələrin alınma  şəraitini 

fiksə etməklə buna düzəliş etməsidir (məsələn,  əl hərəkətlərinin 

istiqaməti və tempi, iz yaradan və iz götürən obyektlərin qarşılıqlı 

vəziyyəti və s.). 

Nümunələrin qablaşdırılması maddi sübutların qablaşdırılmasında 

olduğu kimidir. Qablaşdırma obyektin və onun xüsusiyyətlərinin 

saxlanılmasını 

təmin etməli, onların itməməsinə 

və 

dəyişdirilməməsinə  səbəb olmamalıdır. Qablaşdırma vasitələri 



yuxarıda göstərilmişdir. Onlar əvvəldən hazırlanmalı, təmiz, quru 

olmalı, germetiklik təmin edilməlidir.  Əvvəllər bioloji və kimyəvi 

maddələrlə təmasda olmuş  vasitələrdən istifadə etmək olmaz.  

Nümunələrin növündən asılı olmayaraq (həşəratlar istisna 

olmaqla) onlar Birliyin müvafiq laboratoriya şöbələrinə qurudulmuş 

vəziyyətdə göndərilməlidir. Qan, ağız suyu, digər maye nümunələri, 

ifrazatlar (tənzifdə və ya əşya şüşəsində) günəş şüası düşməyən istilik 

cihazlarından uzaqda otaq temperaturunda həşəratlar üçün əlçatmaz 

yerdə qurudulur. Bu onların xüsusiyyətlərin saxlanılmasına köməklik 

edir. 


Nümunələri çox liflənən materiallarda, sintetik, polietilen və 

sellofan materiallarda bükülməsi məsləhət deyil. Onlar rütubəti 

saxladıqları üçün nümunələrin çürüməsinə səbəb ola bilər. Polietilen 

materialdan yalnız qısa müddətdə qurumamış obyektin bükülməsi 

üçün istifadə etmək olar. Bu zaman material üzərində «nümunələr 

nəmdir və bu vəziyyətdə saxlamaq olmaz!» sözləri yazılmalıdır. 

Polietilen materialdan uçucu nümunələrin germetik qablaşdırılması 

üçün istifadə etmək olar.  

Yuxarıda göstərilən təbii nümunələr (qan, ağız suyu, tüklər) insan 

orqanizminin həyat məhsulları olduqları üçün onları 

konservləşdirmək olmaz. 

Nümunələr maddi sübutlardan ayrılıqda qablaşdırılır. Ayrı 

sahələrdən götürülmüş tük nümunələri, eyni sahədən götürülmüş, 

lakin quruluş əlamətlərinə görə fərqli nümunələr, iş və nəzarət üçün 

götürülmüş nümunələr bir birindən ayrılıqda qablaşdırılır.  

Eyni iş üzrə olan, lakin ayrılıqda qablaşdırılmış nümunələr bir 

qayda olaraq ümumi bir taraya, qutuya və ya paketə yerləşdirilir. Bu 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   293   294   295   296   297   298   299   300   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin