Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə294/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   290   291   292   293   294   295   296   297   ...   516
 

Şakir Musayev  

 

292



şübhə olduqda bu əşyalar laboratoriyaya tam və ya müəyyən bir 

hissəsi göndərilir. Adətən bunlara papiros və siqaret kötükləri, 

zərərçəkmişin ağzına tıxanmış əski parçası, dəsmal, yataq ləvazimatı, 

içmək üçün istifadə olunan qabları, zərfləri, poçt markaları, yemək 

qalıqları  və digər  əşyalar aiddir. Bu əşyaların da tam götürülməsi 

mümkün olmayan hallarda onlardan ləkə olan bir hissə götürülür. Bu 

da mümkün olmazsa, ləkələrdən bir neçə hissə götürmək olar. 

Məsələn, ətraf mühitdə, nəqliyyatda, torpaqda, qarda olan ağız suyu, 

sperma və sidik izləri. Ləkələr də qan izlərində olduğu kimi şərtlərə 

uyğun olaraq götürülür.  

Hadisə yerində  və maddi sübutlarda aşkar edilmiş tüklər tam və 

ya hər bir yerdən onların çox hissəsi götürülür. Onlarda tər ifrazatı  

qoymamaq və zədələməmək üçün tükləri ucuna rezin taxılmış pinset 

və ya rezin əlcəklərlə götürmək məqsədəuyğundur.  

Meyitin qalıqları olması güman edilən kül nümunəsi qatlarla 

müxtəlif sahələrdən götürülür. Hər bir nümunə 50-100 q miqdarda 

götürülərək dərinliyi və götürüldüyü yer göstərilməklə ayrılıqda 

qablaşdırılır. Nümunələr spektroqrafik müayinələr üçün tibbi 

kriminalistika şöbəsinə göndərilir.  

Meyitin entomoloji faunasına aid nümunənin götürülməsi 

aşağıdakı göstərilənləri nəzərə almaqla, onlara əməl olunmalıdır. 

Həşəratların yumurtaları, tırtılları, pupları, yetişmiş milçək və 

böcəklər bir birindən ölçüsünə, xarici görünüşünə, rənginə görə 

fərqlənirlər. Onlar meyitin üzərindən, meyit olan çökəklikdən, onun 

altında olan torpaqdan 30 sm-ə qədər olan dərinlikdən 30-dan 50-yə 

qədər sayda götürülür. Ayrılıqda 200-500 ml həcmində olan qablara 

yerləşdirilir. Qabın ağzı hava buraxan qalın material ilə bağlanır, 

dibinə isə  nəm yonqar və az miqdarda qida (ət parçası) qoyulur. 

Onları günəş  şüası altında və istilik cihazları yanında saxlamaq 

olmaz. Canlı nümunələrin bir hissəsini 70

0

-li etil spirtdən istifadə 



edib konservləşdirməklə entimoloji müayinə üçün bioloji şöbəyə 

göndərmək olar. 

Sərbəst nümunələr istintaq baxışı kimi prosessual hərəkətlər 

(hadisə yerinə, meyitə,  ərazi və  əşyalara baxış) çərçivəsində axtarış 

və götürmə zamanı alına bilər. Adətən bunlar torpaq, su, meyit 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   290   291   292   293   294   295   296   297   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin