Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə293/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   289   290   291   292   293   294   295   296   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

291



Əgər əşya böyük və çox qiymətlidirsə, ondan hissələrin götürülməsi 

mümkün deyilsə (kəsmək, mişarlamaq) bu halda iz nümunəsini 

götürmək lazım gəlir. Zərurət yarandıqda izlərdən qaşıntı və yuyuntu 

götürülür.  İzdə olan qan qurudursa, iti təmiz skalpel  və qayçı ilə 

qaşıntı götürülür. Əvvəl qaşınma hərəkəti ilə izin üzərindən qabıq və 

hissəciklər götürülür, sonra izin qalan hissəsi  əşya daşıyıcısını 

zədələməmək şərti ilə götürülür. Şaquli və maili səthlərdən skalpellə 

aşağıdan yuxarıya hərəkət etməklə qaşıntı götürülür. Bu zaman 

izlərin saxlanılmasını təmin etmək üçün onların altına yapışqanlı lent 

ilə ucu yuxarı bükülmüş kağız yapışdırılır. Hissəciklər ayrıldıqdan 

sonra həmin kağıza düşür və həmin kağız qablaşdırmaq üçün istifadə 

olunur. Kriminalistikada şaquli səthlərdən izləri götürmək üçün 

xüsusi borulu bıçaqdan istifadə olunur. Nəzarət üçün ləkə olmayan 

sahədən də digər təmiz skalpellə qaşıntı götürülür. 

Yuyuntu götürmək üçün azca fizioloji məhlulda və ya distillə 

olunmuş suda isladılmış  təmiz tənzif parçalarından istifadə olunur. 

Tənzifin ölçüsü təxminən ləkənin ölçüsünə  bərabər olmalıdır. Kiçik 

ləkələr üçün paltara 2 sm uzunluğunda kəsik götürülür. Nəm tənzif 

bir neçə dəqiqə ləkəyə sıxılır, bu zaman ləkə toxumaya keçir, sonra 

tənzifin kənarları ilə səth tamam tənzifə hopdurulur. Analoji qayda ilə 

ləkə olmayan sahədən nəzarət əşya daşıyıcısına yuyuntu götürülür.  

Qan gölməcələrindən qan təmiz flakona, sınaq şüşəsinə və digər 

5-10 ml həcmində  şüşələrə götürülür. Qanın bir hissəsini tənzifdə 

qurutmaq olar. Lakin bu zaman laboratoriyaya nəzarət üçün qanın 

qurudulduğu tənzifdən nümunələr kəsilib göndərilir.  

Qar üzərində olan qan qaşıq və şpatel ilə bir neçə qat bükülmüş 

təmiz tənzif olan qaba yerləşdirilir. Qar əridikdən sonra (temperatur 

+37-dən artıq olmamalıdır) maye qan ilə birlikdə  tənzifə hopur və 

qurudulur. Ləkə olmayan qar da nəzarət üçün eyni qaydada işlənir. 

Torpaq qan hopduğu bütün dərinliklərdə nazik qat ilə  şüşə 

qablara sərilir və otaq temperaturunda qurudulur. Eyni qayda ilə qan 

olmayan qonşu torpaq sahəsi də götürülür. Qurudulmuş qan olan və 

olmayan torpaq hissələri ayrılıqda kağız paketlərə yerləşdirilir.  

Maddi sübutlar üzərində ağız suyu, sperma və insan orqanizminin 

digər ifrazatları aşkar edildikdə (tər, sidik, nəcis) və ya belə ləkələrə 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   289   290   291   292   293   294   295   296   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin