Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə295/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   291   292   293   294   295   296   297   298   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

293



faunası, meyit yandırılmasında istifadə edilən yanacaq, texnologiya 

məhsulları, sənaye tullantıları və digər nümunələrdir. Bu nümunələrin 

götürülməsində xüsusi biliyə  zərurətin olmaması fikri düz deyil. 

Onların düzgün seçilməməyi ekspert rəyinə mənfi təsir göstərə bilər 

və  təkrar,  əlavə istintaq hərəkətlərinə  və istintaqın vaxtının 

uzadılmasına səbəb ola bilər. 

Su nümunəsi suda meyit və onun hissələri tapıldıqda və ya qəbul 

edilmiş keyfiyyətsiz suyun orqanizmə mənfi təsir göstərdiyi hallarda 

götürülə bilər. Su nümunəsinin götürülməsini müstəntiq təşkil edir və 

lazım olduqda  bu istintaq hərəkətinə müxtəlif sahə mütəxəssislərin 

(məhkəmə tibb eksperti, hidroloq, toksikoloq, sənaye və kommunal 

gigiyena sahəsində mütəxəssislər) cəlb edir. Su nümunəsinin 

kimyəvi, fiziki, bakterioloji tərkibi, meyit tapılan su hövzəsində 

yaşayan planktonun növü ilə meyitin orqan və toxumasında tapılan 

plankton ilə müqayisə etmək üçün tədqiq olunur. Bəzən isə 

meyitlərin bədəni və paltarlarında olan neft məhsulları suda olan neft 

məhsulları ilə müqayisə olunur. Diatom-planktonunun tətbiq etmək 

üçün su nümunəsi 0,5-1 litrdən az olmayaraq güman olunan batma 

yerindən suyun dibinə  və 10-15 sm dərinlikdən ayrı-ayrı şüşə qablara 

götürülür.  Əgər batma yeri məlum deyilsə, meyit aşkar olunduğu 

yerdən su nümunəsi götürülür. Suda diatomların az olduğu vaxtlarda 

çox miqdarda götürülüb saxlanmış suyun nümunəsi müayinə olunur. 

Qaba təsadüfi plankton düşməməsi üçün əvvəl o, distillə olunmuş 

suda yuyulur, distillə olunmuş su olmadıqda həmin su hövzəsinin 

suyu ilə yaxalanır.  

Meyitlərin ekshumasiyasında basdırılma müddətini, torpağın 

xüsusiyyətlərinə görə  təyin etmək üçün həmçinin müqayisəli 

məhkəmə kimyəvi tədqiqat üçün (əgər ölümün zəhərlənmədən baş 

verdiyi güman olunursa) torpaq nümunəsi götürülür. Torpaq 

nümunəsi hər biri 500 sm

3

 olmaqla 6 ədəd – torpağın meyitlə 



kontaktda olan hissələrindən (baş, sağ, sol, yuxarı, aşağı  ətraflar, 

meyitin vəziyyəti və pozasına görə) götürülür. Əlavə olaraq meyit 

tapılan yerdən 5-10 metr məsafədən az olmayaraq torpaq nümunəsi 

götürülür və protokolda, ona əlavə olunan sxemlərdə göstərilir. 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   291   292   293   294   295   296   297   298   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin