Şakir Musayev
296
zaman elə etmək lazımdır ki, onlar daşınma zamanı bir birinə
qarışmasın. Paket və ya qutunun üzərinə obyektin növü, sayı,
alınmasının yeri, tarixi, üsulu, əşya daşıyıcısının xarakteri barəsində
yazı qeyd olunur.
Nümunələrin digər prosessual hərəkətlərin gedişində alınmasını
(o cümlədən mütəxəssisin iştirakı ilə) müstəntiq həmin istintaq
hərəkətinin protokolunda qeyd edir. Nümunələrə bu halda protokola
əlavə kimi baxılır. Müqayisəli tədqiqat üçün nümunələrin
götürülməsi protokolu iş üzrə sübut sayılmır. Belə ki, onda olan
göstəricilərdən sonrakı ekspert rəyində istifadə olunur. Buna görə də
protokolda olan yazı ilə istintaq hərəkətində iştirak edən mütəxəssis
tanış olmalıdır. Protokolda nümunələrin götürülməsi növü, sayı, yeri,
tarixi, üsulu (yuyuntu, qaşıntı və s.) qablaşdırılmanın növü və
üzərində olan yazılar əks olunmalıdır. Protokola istintaq hərəkətinin
ayrı-ayrı mərhələsinin foto və cədvəlləri əlavə oluna bilər.
Nümunələrin müayinəsi xüsusi müayinə metodları tələb etdiyi
üçün ekspertə nümunələrin mənbəyi olmuş obyektin vəziyyətini
bilmək lazımdır. Məsələn, nümunənin növündən asılı olaraq
protokolda meyitin vəziyyəti, onun qəbul olunması şərtləri, keçirilmiş
olduğu xəstəliklər (canlı şəxs və ya meyit), maddi sübutların
götürülməsi zamanı hava şəraiti, eksperimental nümunələrin alınması
üçün istifadə olunan əşyaların vəziyyəti və s. Müayinə zamanı
ekspert tərəfindən götürülmüş nümunələr ekspert sənədinin protokol
hissəsində fiksə olunur və bu zaman nümunələrə rəydə əlavə kimi
baxılır. Əgər onların müayinəsi digər ekspert müəssisələrində
keçirilirsə və ya onlar digər ekspertiza çərçivəsində müayinə
olunursa, nümunələr müstəntiqə verilir. Müstəntiq hal şahidlərinin
iştirakı ilə onların qablaşdırılması, tanınması və dəyişdirilməməsi
üçün tədbirlər görməlidir. Nümunələrin götürülməsi barəsində
müstəntiq götürülmə protokolu tərtib edir, onun surəti ekspertə verilir
və rəyin surəti ilə birlikdə Birliyin arxivində saxlanılır. Nümunələrin
götürülməsi protokolu onların alınması protokolundan fərqli olaraq iş
üzrə maddi sübutdur və obyektin həqiqiliyini sübut edir.
Mütəxəssisin nümunələrin götürülməsi barəsində istintaq
hərəkətinin nəticələrinə ilkin qiymət verməsi tələb oluna bilər.
|