Şakir Musayev
288
qurudulur. Əgər sentrofuqalaşdırmaq mümkün deyilsə, şəxsin dilinin
altına bir neçə dəqiqə müddətə qatlanmış tənzif kəsiyi qoyulur, tənzif
kəsiyi ilə ağız suyu hopduqdan sonra götürülüb otaq
temperaturasında qurudulur. Ağız suyunun məhkəmə tibbi
laboratoriyada götürülməsi məsləhətdir. Çünki ağız suyu
nümunəsinin (xüsusilə maye halda) çox saxlanılması qrup
antigenlərinin parçalanmasına səbəb olur. Bu səbəbdən də
meyitlərdən ağız suyu nümunəsi götürülmür.
Sperma nümunəsinin götürülməsi cinsi cinayətlərin tədqiqi
zamanı zərərçəkmişin, şübhəli şəxsin bədənində, paltarlarıfnda, o
cümlədən uşaqlıq yolunda, düz bağırsaqda, ağız boşluğunda və ya
maddi sübutlarda aşkar olunmuş sperma ləkə və izlərinin müxtəlif
sistemlər üzrə müqayisə etmək zərurəti yarandıqda baş verir. Canlı
şəxslərdən sperma məhkəmə tibbi ekspertiza idarəsində və digər tibb
müəssisəsində xüsusi otaqlarda masturbasiya və ya prostat vəzinin
masaj edilməsi yolu ilə alınır. Zəruri hallarda bu prosesə mütəxəssis
uroloq da cəlb oluna bilər. Nümunə müstəntiq tərəfindən tez
laboratoriyaya təhvil veriməlidir.
Ölümlə nəticələnmiş cinsi cinayətlər və onlara şübhə olduqda
spermanın təyin olunması üçün və uşaqlıq yolu epitelinin morfoloji
xüsusiyyətlərinin öyrənilməsi üçün uşaqlıq yolu ifrazatının, düz
bağırsaq və ağız boşluğu möhtəviyyatının nümunələri götürülür.
Lazım olduqda aralıq nahiyəsindən və ya bədənin müxtəlif
nahiyələrindən nümunələr də götürülə bilər. Nümunələr bir neçə dəfə
pinsetə sarılmış tənzif parçaları ilə ehtiyatlı hərəkətlə selikli qişanı
zədələməmək şərti ilə (nümunələrə qan düşməməsi üçün) uşaqlıq
yolu tağları, ağız boşluğunun müxtəlif dərinlikləri və düz bağırsaq
ampulasının işlənməsi ilə götürülür.
İstintaq hərəkəti protokolunda və ekspert rəyində uşaqlıq yolunun
hansı hissəsindən – dəhlizi, arxa tağı, uşaqlıq boynu, servikal
kanalları və düz bağırsaqdan hansı dərinlikdən möhtəviyyatın
alınması göstərilir. Cinsi orqanların, düz bağırsağın ətrafından və
bədənin digər nahiyələrindəki dəridən yuyuntu azca suda isladılmış
tənzif parçası ilə götürülür.
|