Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
285
Bəzi əlavə texniki vasitələr ayrı-ayrı cinayətlərin tədqiqi ilə bağlı
ola bilər. Məsələn, sənaye müəssisələrində texniki təhlükəsizlik
qaydalarının pozulması, iş ilə bağlı sağlamlığın pozulması,
zədələnmə, yanğın və zəhərlənmə hallarında.
Belə hallarda bəzən nümunə kimi texniki məhsul, sənaye
qalıqları, qaz halında olan maddələrin götürülməsinə zərurət yaranır
və istintaq hərəkətlərinə dövlət sanitar epidemiologiya müfəttişi,
təhlükəsizlik texnikası mühəndisləri və digər mütəxəssislər dəvət
olunur.
Nümunələrin götürülməsi üsul və metodları onların tanınmasını
təmin edir. Buna iki aspektdə – prosessual və xüsusi aspektdə
baxmaq olar.
Cinayət prosessual qanunvericiliyinə görə nümunələrin
tanınmasını, onların götürülmə və müayinəyə göndərilmə
qaydalarının düzgünlüyünə əməl olunması təmin edir. Buna
aşağıdakılar aiddir:
-nümunələrin götürülməsi barədə qərarın çıxarılması (burada
söhbət digər ekspertiza dairəsində müayinə olunacaq ekspert
nümunələrindən gedir);
-istintaq hərəkəti: baxış, istintaq eksperimenti, nümunələrin
götürülmə protokollarında onların götürülməsinin qeydə alınması;
-nümunələrin müstəntiq tərəfindən təsdiq olunması (bükülməsi,
möhürlənməsi);
-ekspertizanın təyin edildiyi qərarda nümunələrin müqayisə
obyekti kimi göstərilməsi.
Qanun bu qaydanı nümunələrin mənşəyinin təsdiq olunması kimi
təsdiq edir. Nümunələrin tanınmasının xüsusi aspekti onların
obyektlərin xüsusiyyətlərini özlərində necə əks etdirməsi ilə təyin
olunur. Bu əks olunmanın tamlığı onun xüsusiyyətlərinin özlərindən,
onların davamlığından, dəyişkənliyindən, obyektin real
vəziyyətindən, nümunələrin götürülmə üsullarından, onların qorunma
və göndərilməsindən, o cümlədən tədqiqat metodlarından asılıdır.
Burada ekspertin iş təcrübəsinin böyük rolu var. Məhkəmə təbabəti
və kriminalistikada obyektlərin və nümunələrin götürülməsi,
|