Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə286/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   282   283   284   285   286   287   288   289   ...   516
 

Şakir Musayev  

 

284



görə  də göstərilənlər iki əsas məsələ müstəntiq tərəfindən 

mütəxəssislərin nümunələrin götürülməsinə  cəlb olmasına qərar 

verməyin əsasını təşkil edir. Bu vəzifələr mütəxəssisin işinin təşkilatı 

və texniki tərəfinin nümunələrinin götürülməsi metodlarını  və  iş 

iştirakçıları ilə qarşılıqlı əlaqəni təyin edir. Digər istintaq hərəkətləri 

kimi nümunələrin alınması 3 hissədən – hazırlıq, iş  və son 

mərhələdən ibarətdir.  

Nümunələrin götürülməsində mütəxəssisin iştirakı 

planlaşdırılırsa,  əvvəlcə o, istintaq hərəkətinin yeri, vaxtı, işdə  hər 

hansı texniki bir vasitələrdən istifadə olunmasının, onların optimal 

götürülmə üsulları  və fiksə olunması, bükülməsi, saxlanılma və 

göndərilmə qaydalarını müəyyən edir. Həmin qaydalar isə götürülən 

nümunələrin növündən, onların obyektin xassələrini özlərində necə 

əks etdirməsindən asılıdır. Növündən asılı olaraq nümunələr Birliyin 

ekspertiza şöbələrində (əgər canlı şəxs və meyitlərdən bioloji mənşəli 

nümunələr götürülürsə) və  məhkəmə istintaq orqanlarının müvafiq 

otaqlarında, hadisə yerində  və digər yerlərdə götürülə bilər. 

Nümunəni götürən məhkəmə tibb ekspertində  aşağıdakı alət və 

ləvazimatlar olmalıdır: 

-nümunələrin götürülməsi üçün alətlər: qayçılar, pinsetlər, 

skalpellər, iynə  yığımları olan şprislər,  şpatellər, preparat iynələrİ, 

yapışdırıcı lentlər və s.; 

-nümunələrin bükülməsi, saxlanılması  və göndərilməsi üçün 

vasitələr:  şüşə  və plastmass sınaq  şüşələri, 1-20-50 ml həcmli 

flakonlar, kip tıxaclar, böyük həcmli  şüşə bankalar – torpaq və su 

nümunələrin götürülməsi üçün, təmiz kağızdan zərf və paketlər, 

sellofan və polietilen torbalar, tənziflər,  əşya  şüşələri,  şpaqat, ip, 

yapışdırıcı və s.; 

-karandaşlar (o cümlədən  şüşədə) və digər yazı yazmaq üçün 

vasitələr; 

-fərdi qorunma və ilk tibbi yardım etmə vasitələri: tibbi əlcəklər, 

talk, sabun, dəsmal, 96 %-li  etil spirti, yod, leykoplastır, pambıq, 

bint, jqut və s. 

Göstərilən texniki vasitələrlə mərkəzləşdirilmiş təminat olmadığı 

üçün məhkəmə tibb eksperti onları özü yuyub qablaşdırır.  




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   282   283   284   285   286   287   288   289   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin