Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
283
10.3. Müqayisəli tədqiqat üçün nümunələrin
götürülməsində ekspertin (mütəxəssisin) iştirakı
1961-ci ilə qədər müqayisəli tədqiqat üçün nümunələrin
götürülməsini tənzim edən normativ sənəd yox idi. Hadisənin
məzmunundan asılı olaraq zərurət yaranan hallarda müstəntiq
nümunələri götürüb qərarda müvafiq qeyd apararaq ekspert idarəsinə
göndərirdi. Lakin bəzi hallarda, xüsusi ilə qan, ifrazat nümunələrinin
müstəntiq tərəfindən götürülməsi şəxsin sağlamlığı və həyatı üçün
minimal olsa da təhlükə yaratmaq ehtimalı olduğuna görə tibb
işçisinin köməyindən istifadə edilirdi. 1961-ci ildə qəbul olunmuş
SSRİ CPM-nin müvafiq maddəsində müqayisəli nümunələrin
götürülməsində mütəxəssisin cəlb olunması nəzərdə tutulur.
Azərbaycan Respublikasının 01.09.2000-ci ildə qüvvəyə minmiş
CPM-də bu hallar nəzərə alınmışdır. Bundan əlavə dövlət məhkəmə
ekspertizası
fəaliyyətinə görə nümunələrin götürülməsində
ekspertizanın icra olunması həvalə olunmuş ekspertin (mütəxəssis)
cəlb olunması nəzərdə tutulmuşdur. Hər iki qanunvericilik aktı həm
proses iştirakçılarının hüququnun mühafizə olunmasına, həm də
nümunələrin düzgün götürülməsinə xidmət edir. Nümunələrin
düzgün, şübhəsiz olması çox vacib məsələdir. Çünki «Müqayisəli
tədqiqat üçün nümunələr» adı naməlum mənşəli obyektin
identifikasiyasından, potensial maddi sübutlarla nümunələrin
müqayisəsindən ibarətdir. Nümunələrin götürülməsində mütəxəssisin
iştirakı iki əsas məsələni həllə edir. Öncə canlı şəxslərdən
nümunələrin götürülməsi, onların orqanizmə müdaxilə ilə bağlı
olduğundan mütəxəssisin vəzifəsi onların sağlamlığına zərər
yetirilməsinin və həyatı üçün təhlükəli nəticənin qarşısını almaqdır.
Eyni zamanda, mütəxəssis sonrakı ekspert müayinəsinin maksimum
effektli olması üçün nümunələrin düzgün götürülməsi şərtini təmin
edə bilir.
Ekspert nümunələrin götürülməsinə o zaman cəlb olunur ki,
müstəntiq götürülən nümunələrin təbiətinə, götürülmə tələbinə və
ekspertizanın obyekti barəsində xüsusi biliyə malik olmur. Buna