Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
303
həmin anda deyilir. Bu zaman şəxsiyyətin fiziki əlamətlərinin şüurlu
analizindən yan keçirir. Tanınmanın bu növündə personifikasiya
termini yararlıdır. Qeyd etmək lazımdır ki, tanınmaya məhkəmə tibb
eksperti onun xüsusi biliyinin tələb olunduğu zaman cəlb olunduğu
üçün o zaman personifikasiya yuxarıda göstərildiyi kimi başa düşülür
və ekspertin burada iştirakı əhəmiyyət kəsb etmir. Simultan
tanınmadan fərqli olaraq suksessiv tanınma - obyektə söz təsvirinin
ayrı-ayrı elementləri, əlamətləri, xüsusi nişanələri, bəzən isə unikal
nişanələrinin ayrılması ilə həyata keçirilir. Bu halda tanınma
termininin personifikasiya ilə əvəz olunması prosessual və hərfi
mənada əsaslı deyil.
|