Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə304/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   300   301   302   303   304   305   306   307   ...   516
 

Şakir Musayev  

 

302



tanıyan şəxs hansı əlamət və xüsusiyyətlərinə görə şəxsi və ya əşyanı 

tanıyıb-tanımaması barədə izahat verməlidir.  

Tanınmaya təqdim etmənin gedişi və nəticələri protokolda əksini 

tapır. Protokol istintaq hərəkətinin bütün iştirakçıları, o cümlədən də 

mütəxəssis tərəfindən imzalanır. Məhkəmə-tibbi təcrübədə ekspert 

meyit və onun hissələri ilə bağlı tanınmaya təqdim etməyə cəlb oluna 

bilər. Meyitlərə görə tanınmanın özünəməxsus prosessual 

xüsusiyyətləri vardır. Naməlum meyitlərin digər meyitlərlə birlikdə 

qrup  şəklində tanınmaya təqdim edilməsi qanunla tələb olunmur. 

Qanunvericilik burada meyitin təqdim olunmasının psixoloji 

aspektlərini və təşkil etmənin çətinliklərini nəzərə alır (məsələn, digər 

meyitlərin olmaması). Meyitlərin tanınmasının təşkili və digər 

tələbləri başqa obyektlərdə olduğu kimidir. 

1994-cü ildə  məhkəmə  təbabəti  ədəbiyyatında «Personifikasiya» 

termini meyit qalıqlarının konkret şəxsə  məxsus olmasını  təyin 

edərkən ekspert hərəkətini göstərmək məqsədi ilə işlənmişdir. Burada 

söhbət «identifikasiya» anlayışının  əvəz edilməsindən getmir. 

«İdentifikasiya» terminindən fərqli olaraq «personifikasiya» 

şəxsiyyətin  əlamətlərini obyektlər qrupu üzrə  təyin olunması 

mümkünlüyünü göstərir. Yəni bu identifikasiya üçün lazım olan 

informasiya azlığında əhəmiyyət kəsb edir. Sonradan personifikasiya 

termini meyitlərin tanınması üçün istifadə olundu. Personifikasiya 

termini latın mənşəli olub, persona – şəxsiyyət, facere – etmək 

deməkdir. Sözün hərfi mənasını  nəzərə alsaq, həmin termini 

tanınmanın bir növü kimi, yəni tanıyan  şəxsin yaddaşında cansız 

obyektlərin (meyitin) və konkret şəxsin 

əlamətlərinin 

möhkəmlənməsi kimi qəbul etmək olar. Tanınmanın qeyri  konkret 

və qeyri-obyektiv əlamətlərlə keçirildiyi hallarda istintaq hərəkətinin 

bütün iştirakçıları üçün əlverişlidir. Tanınmanı ifadə edən  şəxs, 

obrazı  dəqiq təsvir edə bilmir və öz fikrini duymaqla intuisiya ilə 

sifətin ümumi cizgiləri  əsasında təsvir edir. Kriminalistik 

ədəbiyyatlarda istifadə olunan tanınmanın psixoloji təsnifatı kimi 

simultan (sintetik) tanınmanın adı  çəkilir. Simultan tanınmanın 

mahiyyəti ondan ibarətdir ki, eynilik və qrup mənsubiyyəti barədə 

nəticə tanıyan şəxs tərəfindən obyektin ümumi qavranmasına əsasən 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   300   301   302   303   304   305   306   307   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin