Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə312/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   308   309   310   311   312   313   314   315   ...   516
 

Şakir Musayev  

 

310



olmasını  və lazım gələrsə  təcili tədbir görülməsini nəzərdə 

tutmalıdırlar.  

Məhkəmə  həkiminin bir vəzifəsi də istintaq hərəkətində  iştirak 

edənlərin tibbi təhlükəsizliyini təmin etməkdir. Burada söhbət 

yoluxucu xəstəliklərə tutulma və parazitlərin yayılmasının qarşısını 

almaqdan gedir. Bunun üçün meyit və onun paltarları, o cümlədən də 

meyitxana xüsusi işlənir. Ölümün xüsusilə  təhlükəli infeksiyalardan 

baş verdiyi hallarda meyitin tanınması yalnız foto və digər şəkillərlə 

aparılır.  



Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

311



11.4. Tanınmaya təqdim etmədə 

ekspert (mütəxəssisin) fəaliyyətinin 

məzmunu və alqoritmi. 

 

Məhkəmə tibbi xidmətin hüquq mühafizə orqanlarının işçiləri ilə 



itkin düşmüş  şəxsin və meyitin şəxsiyyətinin müəyyən olunmasında 

qarşılıqlı  əlaqənin təşkil olunması bir çox müəlliflər tərəfindən 

göstərilmişdir. 

İstintaq hərəkətinin  əvvəlində müstəntiqin təklifi ilə  məhkəmə 

həkimi istintaq hərəkətlərinin iştirakçılarına tanınan meyitdə bu və ya 

digər 


şəxsiyyətin təyini 

əlamətlərinin olub-olmamasını 

müəyyənləşdirməkdə kömək edir. Mütəxəssisin iştirakı ilə müstəntiq 

itkin düşmüşün fərdi xüsusiyyətləri ilə dindirmə gedişində  və digər 

sənədlərdə olan göstəricilərlə müqayisə edir. Cins, bədən quruluşu 

əlamətləri, paltarların ölçüləri, ayaqqabının və ayağın uzunluğu, başın 

və papağın  əhatəsi, bədənin uzunluğu, xarici görkəmin  şəkil 

əlamətləri, stomatoloji statusu müəyyən olunur. Təqdim olunan 

meyitə adətən uzanmış  vəziyyətdə stolda baxılır.  Əvvəl  şəxsiyyətin 

təyinində daha informativ hesab edilən sifətə baxılır, sonra isə 

tanıyan  şəxsə  bədənin digər hissələri göstərilir. Onun xahişi ilə 

meyitin vəziyyəti və pozası dəyişdirilə bilər. Qeyd etmək lazımdır ki, 

qohumları öz yaxınlarını adətən şaquli vəziyyətdə görürlər. Uzanmış 

vəziyyətdə isə görünüşün bucaq və rakursu dəyişir və insanın 

subyektiv olaraq xarici görkəmi və əlamətləri dəyişə bilər. Buna görə 

də şübhəli hallarda meyitə şaquli vəziyyət də vermək lazımdır. 

Tanıyanın xahişi və müstəntiqin təklifi ilə tanınma üçün meyit 

paltarda da təqdim oluna bilər. Müstəntiqin göstərişi ilə ekspert əlavə 

baxış rejimində istintaq hərəkəti zamanı tanıyan  şəxsin göstərdiyi 

əlamətləri axtarır. Tanıyan  şəxsin xüsusi əlamət və digər  şəxsiyyət 

əlamətlərinin yaxşı qavraması üçün digər vasitələrdən – işıqlanmanın 

xüsusi növlərindən, restavrasiyanın müxtəlif üsullarından (makiyaj, 

bədən vəziyyətini dəyişmə, bədənin zədələnmiş hissələrin bərpası, 

fotoqrafiya, video çəkiliş və s.) istifadə olunur. Müstəntiq göstərilən 

hərəkətlərin aparılması üçün mütəxəssisdən izahat tələb edə bilər. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   308   309   310   311   312   313   314   315   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin